Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sədərək”də malları yanan sahibkarların siyahısı

Ötən gün “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarların adı açıqlanıb

 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, saat 16:30 radələrində başlayan yanğın “Sədərək” Ticarət Mərkəzində Bakı şəhər sakinləri 1970-ci il təvəllüdlü Ağa Ağali oğlu Abbasova məxsus parfümeriya, oyuncaq, 1985-ci il təvəllüdlü Rasim Arif oğlu Ələkbərova məxsus oyuncaq, yuyucu mayelər, 1984-cü il təvəllüdlü Xəyal Gülməmməd oğlu Söhbətova məxsus alışqan, onları doldurmaq üçün qaz balonları saxlanılan anbarda baş verib.

Ümumilikdə sahəsi 2 min kv.m olan anbarın 300 kv.m-i yanıb.

Hadisə nəticəsində Fövqalədə Hallar Nazirliyinin əməkdaşları Zeynalov Mirqaməd Nəsib oğlu - 35 yaş, Nəbiyev Vüsal Kərim oğlu - 33 yaş, Hüseynqulu Sənan Teymur oğlu - 26 yaş, Kərimov Anar Şamil oğlu - 34 yaş, Şahpələngov Cahid Tərlan oğlu - 30 yaş, Həsənli Ruslan Həsən oğlu - 25 yaş, Əmənov Elnur Əmrah oğlu - 24 yaş və 1993-cü il təvəllüdlü Yusif Natiq oğlu Aslanov tüstüdən zəhərlənib.

Bundan başqa, ərazi üzrə rayon Polis İdarəsinin əməkdaşları olan 1993-cü il təvəllüdlü Namiq Natiq oğlu Daşdəmirov, 1993-cü il təvəllüdlü Hilal Mehman oğlu Hacızadə, 1989-cu il təvəllüdlü Xətai Xanış oğlu Məhəmmədov və 1986-cı il təvəllüdlü Tural Ramiz oğlu Abbasov tüstüdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə ilkin yerləşdiriliblər. FHN və DİN əməkdaşlarına ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıb.

Yanğının hansı səbəbdən başladığı araşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar