Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sədərək” və “Binə” açılır? - Deputatdan açıqlama

Ölkədə tətbiq olunmuş sərt karantin qaydalarında bəzi dəyişikliklər edilir. Bir çox qaydaların ləğvindən sonra bu addım insanlara sərbəstlik verəcək. Eyni zamanda qapadılmış iş yerlərinin yenidən fəaliyyət göstərməsinə də imkan yaranacaq. Artıq rayonlara gediş-gəlişin, restoranların, mehmanxanaların fəaliyyətinə icazə verilir. Bu da uzun müddətdən sonra iqtisadi fəallığının bərpasına imkan yaradacaq.

PİA.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, insanlar yenidən öz iş yerlərinə qayıda və gündəlik qazanc əldə edə biləcəklər.

Millət vəkili vurğulayıb ki, Binə və Sədərək kimi iri ticarət mərkəzlərinin fəliyyətinə də icazə verilməlidir: “Məktəblərin açılması öncəsi insanlara alış-verişə imkan yaradılmalıdır. Təbii ki, COVİD-19-a görə bütün sahələrin qapadılmasının qeyri-müəyyən müddətə saxlanılması düzgün deyil.

Amma müəyyən müddətə qapanma ölkədə sanitar-epidemiolji vəziyyətin sabitləşməsinə imkan verdi. Hər bir şəxs başa düşməlidir ki, yumşalmaların olması heç də koronavirusun bitməsi deyil. Koronavirusa qarşı peyvəndləmə olana qədər müəyyən tələblərlə yaşamağa məhkumuq”.

Deputat qeyd edib ki, vətəndaşlar müəyyən olunmuş sosial məsuliyyəti yüksək tutaraq həyatlarına davam etməlidir: “Qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni gözləmək və gigiyenik qaydalara riayət olunması vacibdir. Yenidən qapanmaya getmək istəmiriksə qeyd olunan şərtlərə hamılıqla riayət olunmalıdır”.  (teleqraf.com)

pia.az


Etiket: Binə Sədərək

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar