Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkilərlə bağlı həbslər ola bilər – Prokurorluğa müraciət olunub

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinə görə həbslər ola bilər...

Prezident İlham Əliyevin dünənki çıxışından sonra ictimaiyyətdə belə qənaət formalaşıb ki, bəzi komissiya sədləri və ya üzvləri seçki saxtakarlığına görə həbs edilə bilər.

Söhbət Prezidentin fevralın 12-də Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışında ASAN könüllüləri ilə görüşündəki çıxışından gedir. "ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik", - deyə İlham Əliyev həmin görüşdə bildirib.

Bu çıxışdan sonra sosial şəbəkələrdə həbslərlə bağlı mülahizələr irəli sürülür. Bundan başqa, artıq 2 dairənin nəticələrinin ləğvi ilə barədə məlumat da yayılıb. Həmin dairələr Hadı Rəsəblinin qalib elan edildiyi 74 saylı Lənkəran kənd və Fəzail Ağamalının qalib elan edildiyi 60 saylı Salyan-Neftçala seçki dairələridir. Hələ ki, bu məlumatlar rəsmi şəkildə təkzib olunmayıb.
Onu da bildirək ki, bəzi namizədlərin seçkidə baş verən pozuntularla bağlı artıq Respublika Baş Prokurorluğuna müraciət etdiyi və təkzibolunmaz faktlar ortaya qoyduqları haqda da məlumatlar yayılıb.(yeni sabah)

pia.az


Etiket: seçkilər həbs


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar