Bazar ertəsi, 17 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Seçkilərlə bağlı “exit poll” keçirəcək ilk təşkilatların adları açıqlanıb - Qərar

Milli Məclisə seçkilərlə əlaqədar “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətlər daxil olub...

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O qeyd edib ki, bu il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası “exit poll” keçirmək üçün MSK-ya müraciət edib: “ Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə keçirəcəyi “exit poll” Azərbaycanda 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək. Buraya 47 supervayzer cəlb edilməsi planlaşdırılır”.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb. Belə ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar