Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkilərinin fonunda ABŞ-da dəyişən sosial tarazlıqlar...

Seçki nəticələrinin açıqlanmasından və prezidentin seçilməsindən sonra da ABŞ illərlə davam edən dəyişikliklərlə üzləşəcək...

Əbdürrəhman Rəşid
“The Independent” qəzeti, 23 oktyabr 2020-ci il

“New York Times”ın son anketlərinə görə, Baydenin qalib gəlmə şansı 60%, Trampın isə 41% görünür.

Ancaq seçkilərin qalibi barədə indidən danışmaq ağılsızlıq olar. Seçkilərə iki həftədən az vaxt qalıb və anketlər Co Baydenin lehinə olsa da, rəy sorğusu zaman keçdikcə dəyişməyə başlayıb.

Əksər analitiklər Baydenin qalib gələcəyinə inanırlar. Ancaq onun rəqibi Donald Trampa böyük fərqlə qalib gələrək, nəticəyə dair şübhə və etirazların qarşısını ala biləcəyi ilə bağlı heç bir dəqiq fikir yoxdur.

Həmçinin, əgər aradakı fərq yalnız bir neçə min səsə bərabər olsa, yaxın bir neçə ay ərzində ABŞ-da hüquqi və siyasi bir döyüş baş verə bilər. ABŞ-ın bu ilki seçki marafonu illər ərzində formalaşan demoqrafik və mədəni dəyişiklikləri də göstərir.

Barak Obamanın seçilməsi o zaman üçün sürpriz olduğu kimi, Trampın qələbəsi də sürpriz oldu. Bu dəfə isə seçki kampaniyaları tez bir zamanda başladı və bu kampaniyalar böyük ölçüdə ölkədəki hərəkətliliyi əks etdirdi.

Böyük ölkələr də digər ölkələr kimi mədəni fərqliliklərə və qarşıdurmalara şahid olur. ABŞ-da şiddətli nümayişlər və radikal etirazlar keçən yay öz zirvəsinə çatıb. Seçicilərin ölkələrinə qarşı baxışlarında da ciddi fərqlər var. Keçən ay bir anketdə “bu ölkədəki vəziyyətin Afrika əsilli biri üçün ağlardan daha çətin olması ilə razısınızmı?” tipli bir sualı Trampın seçicilərinin yalnız 4%-i, Baydenin seçicilərinin isə 74%-i təsdiqləyib.

Bu nisbət qadınların vəziyyətinə və İslamın durumuna müəyyən qədər tətbiq edilə bilər. Bu fərqlər etnik, dini və iqtisadi qruplar arasında artan rəqabətlə daha da dərinləşdirir. Ştatlar səviyyəsində yerli seçkilər bu fərqlilikləri daha aydın bir mənzərəsini ortaya çıxarır. Seçicilər yerli seçkilərdə nəticələrə prezident seçkilərindən daha çox təsir edə bilirlər.

İlhan Ömər və Dan Krenşounun keçən il keçirilən konqres seçkilərini qazanmasının da səbəbi bu idi. Onların bu uğurlarının mükafatı isə təhqir və söyüş oldu.

Seçicilərə mesajların çatdırılmasında sosial medianın önəminə baxmayaraq, bu dəfəki prezident namizədləri indiyə qədərk keçirilən seçkilərin ən yaşlı namizədlərdir. Bu səbəbdən də Baydenin partiyası gəncləri səs vermədə iştirak etməyə təşviq edirlər.

Demokratlar 23-38 yaş arasındakı gənclərə təsir etməyə çalışırlar. Əgər onlar səs versələr, Baden seçkilərdə qalib gələcək. Ancaq gənclərin də bir təhdid olduğu ortaya çıxıb.

Rəqəmsal şəkildə siyasətlə məşğul olan kütlələr əksər seçicini narahat edən radikal ritorika ilə ictimai hərəkatlar yaratdılar Misal üçün “Black Lives Matter” (Qaraların Həyatı Önəmlidir) Trampa qarşı şiddəti mənimsəyən bir hərəkatdır.

Sosial mediada Trampa qarşı başladılan kampaniyaya baxmayaraq, aparılan bir sorğuda 60%-lik bir qisim ona səs verəcəklərini bildirib. Ancaq seçkilər yaxınlaşdıqca bu hərəkata olan həvəs də azaldı.

Bu günkü mınzərə onu deməyə əsas verir ki, seçki nəticələrinin açıqlanmasından və prezidentin seçilməsindən sonra da, ABŞ illərlə davam edən dəyişikliklərlə üz-üzə qalacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar