Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkiləri saxtalaşdıranlar: Sizi bu cəzalar gözləyir

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində qanun pozuntuları ilə bağlı atılan addımlar 4 dairədə nəticələrin ləğvi ilə məhdudlaşmaya bilər...

PİA.az xəbər verir ki, Mərkəzi Seçki Komissyası (MSK) digər dairələrlə də bağlı şikayətləri ciddi araşdırır. Ehtimal olunur ki, daha bir neçə dairədə nəticələr ləğv ediləcək.

Bundan başqa, səsvermə prosesi zamanı qanun pozuntularına, saxtakarlığa yol verənlərin də cəzalandırılması gündəmə gəlib. Təsadüfi deyil ki, MSK sədri Məzahir Pənahov seçki məntəqələrdə saxtakarlıq faktlarını qeydə alan jurnalistlərə, bloggerlərə təşəkkür edib. Bu faktlar saxtakarlığa yol verənlərin cəzalandırılması üçün əsas sübutlardır.

Azərbaycanın Cinayət Məcəlləsində seçki cinayətləri ilə bağlı 3 maddə var: 159, 160 və 161-ci maddələr.

159-cu maddədə seçki hüquqlarının həyata keçirilməsinə mane olmağa görə cəzalar nəzərdə tutulur. Cəzalar əsasən cərimələrdən, islah işlərindən ibarətdir. Lakin ağırlaşdırıcı hallarda təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzası da verilə bilər.

160-cı maddə seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərməyə görə cəzalar nəzərdə tutulur. Bu maddə ilə ittiham olunan şəxs cərimələnə, ictimai işlərə cəlb oluna, ağırlaşdırıcı hallarda isə azadlıqdan məhrum edilə bilər.

161-ci maddədə seçki sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma cinayətinə görə məsulliyyət nəzərdə tutulur. Cəzalar cərimə və islah işlərindən ibarətdir.(Yenisabah.az)

pia.az


Etiket: MSK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar