Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçki pozuntuları bu icra başçılarına həbs təhlükəsi yaradıb

İcra başçılarının aqibəti necə olacaq?...

Xəbər verdiyimiz kimi, 74 saylı Lənkəran kənd seçki dairəsindən Hadi Rəcəbli, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Abbasov (Arifoğlu), 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadənin, 33 saylı Xətai birinci seçki dairəsindən Hüseynbala Mirələmovun lider olduğu nəticələr ləğv edilib.

PİA.az xəbər verir ki, sadalanan dairələrdə səsvermənin nəticələrinin ləğv olunması bəzi icra başçılarını çıxılmaz vəziyyətə salıb. Belə ki, verilən qərar həmin dairələrdə seçkilərdə qanun pozuntusu ilə bağlıdır. Heç kəsə sirr deyil ki, seçkilərin saxtalaşdırılması ilə bağlı tapşırıq icra başçıları tərəfindən verilir. Bu tapşırıqlar isə dairə və məntəqə sədrləri tərəfindən həyata keçirilir. Bu dairələrin nəticələrinin ləğv olunması DSK sədrləri və icra başçılarını hədəfə gətirib. Hətta onlardan kimlərinsə həbs təhlükəsiylə üz-üzə qala biləcəyi də vurğulanır.

Qeyd edək ki, Prezident İlham Əliyev dünənki çıxışında seçkidə qanun pozuntularına yol verənlərin cəzalandırılacağını bildirmişdi. Görünən odur ki, Prezidentin bu bəyanatından sonra MSK daxil olan müraciətləri daha dərindən araşdıraraq 4 dairənin nəticələrini ləğv edib.

Bu gün keçirilən iclasda çıxıç edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlərin cəzalandırılması vacibdir. Onun sözlərinə görə, insanlarda narazılıq doğuran şeylər yersiz hərəkət etməkdir.

Qeyd edək ki, Beyləqanın icra başçısı Asif Ağayev, Lənkəranın icra başçısı Taleh Qaraşov, Xətainin icra başçısı Rafiq Quliyev, İmişlinin icra başçısı Vilyam Hacıyevdir. (Unikal.org)

pia.az

 

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar