Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçki ərəfəsində İran rejimini əhatə edən 7 böhran

İran rəsmiləri bu gün, 21 fevralda və rejimin 41-ci ildönümündə keçiriləcək parlament seçkiləri üçün ikiqat həssaslıq nümayiş etdirirlər...

Adil Salimi

“The Independent” qəzeti, 20 Fevral 2020-ci il

İrandakı sonuncu seçkilərlə - 2017-ci ilin mayında keçirilmiş prezident seçkiləri - bu günki seçkilər arasında keçən vaxt ərzində əksər müşahidəçilər Vilayət-i Fəqihin başçılıq etdiyi “respublikanın süqutunun başlanğıcı” olaraq xarakterizə edilən hadisələrin şahidi oldu. Xələflərindən daha yüksək bir siyasi mövqeyə sahib olduqları müşahidə edilən Vilayət-i Fəqih siyasi səlahiyyətlərlə və dini səlahiyyətləri birləşdirib.

Seçki ərəfəsində İran rejimini əhatə edən 7 vacib böhran:

1. Qanunilik böhranı

İran rejiminin qanunilik böhranı bir an ortaya çıxmış bir böhran deyil. 1979-cu il fevral inqilabından bir neçə ay sonra ortaya başlayan bu böhran Vilayət-i Fəqihin idarəetmə forması üçün yeni bir sistem olaraq təsdiqləndiyi ilk mübahisəli referendum nəticəsində ortaya çıxmışdı. Bu referendum İranın dini lideri Xameneiyə inqilabdakı rəqiblərini və ortaqlarını din adamı, dini qurum, siyasi partiya və müxaliflərin tanınmış siması olmasından asılı olmayaraq, ortadan qaldırmaq imkanı verdi.

2. İnqilab Keşikçiləri Ordusunun rolu ilə nbay artıran tənqidlər

ABŞ-ın gözlənilməz şəkildə Qüds Qüvvələri Komandiri Qasım Süleymaniyə sui-qəsd etməsindən sonra nümayəndələr xaricə mesaj göndərmək üçün rejim siyasətinə dəstək verənlərin səfərbər edib. İddialara görə, ABŞ rəhbərliyi Tehranı bölgə ilə bağlı davranışlarını dəyişdirməyə məcbur edərkən, daxildə İKO-nun bölgədəki rolu ilə bağlı ortaq bir mövqe yaranıb.

Regional siyasət xüsusilə, İran xalqına ən çox təsir Tehran və Vaşinqton münaqişəsinin tərkib hissəsidir. Bu vəziyyət 2017-ci ilin dekabrındakı aksiyalardan sonra 2019-cu ildə başlayan ən böyük etirazlarda “Nə Qəzza, nə də Livan, yaşadığım yer İran!” kimi misli görünməmiş şüarlarım səslənməsinə səbəb olub. Ancaq Suriya müharibəsində İKO zabitlərinin öldürülməsi ilə bağlı məlumatlar sızmağa başladığı üçün İsfahan şəhərində bir nümayiş əsnasında “Suriyanı tərk edin və düşdüyümüz vəziyyətə uyğun bir həll yolu düşünün” kimi şüarlar səsləndirilib.

Keçən noyabr ayında keçirilən etiraz aksiyalarında İKO-nun beynəlxalq qoluna xərclənən vəsaitlər narazılığa səbəb olduğu üçün “Fələstinə ölüm” şüarları səsləndirilib. İran xalqı regional müdaxilələrə və genişləndirmə siyasətinə çoxlu vəsaitlər xərclənməsi və insanların ölməsi ilə bağlı yaranan qeyri-müəyyənliyə görə daha da qəzəblənib.

Süleymaninin ölümündən iki həftə sonra İranın dini lideri Ayətullah Xamenei 8 illik fasilədən sonra ilk dəfə cümə xütbəsi oxuyub. Xamenei xütbə oxuyarkən parlament seçkilərinin İranın öz gücünü göstərməsi üçün uyğun bir proses olduğunu bildirsə də, düşmən hesab etdiyi şəxsləri iranlıları aldadaraq seçkilərdə iştirakına mane olmağa çalışdıqları üçün ittiham edib.

Xamanei fevralın 5-də verdiyi açıqlamada seçkilərin beynəlxalq müşahidəçilərin İranla bağlı fikirlərinə təsir edəcəyini bildirib. Buna görə, seçkilərdə iştirakın vacib olduğunuu vurğulayan Xamenei səsvermənin rejim üçün bir imtahan kimi qəbul edildiyini və bunun daxili və beynəlxalq problemlərə təsir edəcəyini qeyd edib. Seçkilərin böyük bir fürsət və düşmənlər təhdid üçün olduğunu deyən Xamenei: “İranı sevən, millətin təhlükəsizliyi, nüfuzuna əhəmiyyət verən və problemləri həll etmək istəyənlər xalqın iradəsini və gücünü göstərmək üçün seçki məntəqələrinə getməlidirlər”, deyib.

3. Pulun dəyərsizləşməsi və hökumətin rolu

2017-ci ildə keçiriləcək prezident seçkilərində əsas diqqət seçki şüarlarına yönəlmişdi. İran prezidenti Həsən Ruhani və birinci müavini İshaq Cahangir nüvə sazişinin imzalanmasından sonra xarici dünyaya açılan ölkədə iqtisadi vəziyyətin yaxşılaşmasından iranlıların mühafizəkar namizədlərdən qorxması üçün istifadə ediblər. Mühafizəkar namizədlər İran iqtisadiyyatını yerli imkanlara əsaslanaraq bərpa edəcəklərinə söz veriblər.

Cahangir iranlılara xəbərdarlıq edib ki, əgər mühafizəkar namizəd İbrahim Rəisi prezident olsa, seçki kampaniyası dövründə 700 tümən olan dollar, beş min tümənə qədər yüksələ bilər. Ancaq Ruhani prezident seçkilərində qalib gəldikdən bir neçə ay sonra dolların qiyməti iki dəfə artıb. Bu artım İranda bir çox məhsulun qiymətinin yüksəlməsinə səbəb olsa da, xalq 2017-ci ilin dekabrında qiymət artımına qarşı küçələrə axışıb. Lakin bu böhran 2018-ci ilin may ayında ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxması ilə daha da pisləşib. Yəni dollar 18 min tümənə çatıb.

İran Məhkəmə Quruluşunun başçısı İbrahim Rəisi 2018-ci ilin dekabr ayında verdiyi açıqlamada: “Allah mənə prezidentliyi nəsib etməməklə bizə mərhəmət edib. Beləliklə, dollar 5 min tümənə qalxmadı. Ancaq soruşmaq istəyirəm ki, vəziyyət bu şəkildə davam edəcək, yoxsa yaxşılaşacaq?”, deyib.

Daha sonra hökumətin büdcə kəsirini təmin etmək üçün valyuta məntəqələrində valyuta satmaq kimi tədbirlər gördüyü ortaya çıxıb. Dövlət qurumlarına ayrılan dolların qara bazarlara axıdılması ittihamları ilə birlikdə Ruhani hökumətinə qarşı olan tənqidlər daha da artıb.

Ruhani hökuməti valyuta məzənnəsindəki dəyişkənliyi idarə edə bilmie. Dollar 10 min tümənlə 14 min tümən arasında dəyişir.

4. İşsizlik böhranı və artan qiymətlər

İranlılar keçmiş prezident Mahmud Əhmədinejad dövründən bəri işsizlik böhranının getdikcə dərinləşdiyindən şikayətlənirlər. 2013-cü il prezident seçkiləri kampaniyası dövründə Ruhaninin səsləndirdiyi ən vacib şüarlardan biri də yeni iş imkanlarının yaradılması və işsizlik probleminin həlli edilməsi idi. Lakin 2017-ci ildə Ruhani işsizlik problemini önə sürərək onu aşağı çəkməyə çalışan mühafizəkarların təzyiqi ilə qarşılaşıb.

Ruhani nüvə razılaşmasının ardınca İranın beynəlxalq şirkətlərlə bağladığı ticarət sazişindən sonra xarici investisiya sahələrindən iş imkanları təmin edəcəyinə söz verib. Bununla birlikdə, hökumətin iş yerləri yaratmaq vədi tezliklə beynəlxalq şirkətlərin İran bazarından çəkilməsi ilə yenidən yoxa çıxdı.

5. İran hakimiyyətinin etibarlılığı və korrupsiya

Sonuncu seçkilərdə prezident namizədləri arasındakı qızğın mübahisələr İranın siyasi səhnəsinə böyük təsir göstərib.

Ruhani prezident seçkilərinin mühafizəkar namizədlərdən biri olan keçmiş İKO Komandiri Muhammed Bakır Qalibafa qarşı İKO-nu tənqid etməyə başlayıb. Ruhani İKO-nun raket sınaqlarını və bundan kəşfiyyat bölməsinin seçki kampaniyalarındakı fəallara qarşı istifadə etməsini tənqid edib. Ancaq qısa zaman sonra bu mövqeyindən əl çəkən Ruhani yavaş-yavaş İKO düşərgəsinə yaxınlaşıb. Beləliklə, o, mühafizəkar köklərinə qayıtmaqda ittiham olunmağa başlanıb.

Prezident seçkiləri kampaniyasında 2 namizəd arasında dövlət məmurlarına verilən yüksək maaş məsələsindən başlayaraq məhkəmə sistemindəki korrupsiya probleminə qədər ağır ittihamlar səsləndirilib.

Keçmiş Məhkəmə Başçısı Sadiq Laricaninin 63 bank hesabı olduğu ortaya çıxıb. Ancaq İran rəsmilərinin və komandirlərin Tehrandakı hökumət əmlaklarını bazar qiymətindən aşağı satın alması ilə əlaqədar bir daşınmaz əmlak qalmaqalı da baş verib. Bu qalmaqal Qalibafın namizədliyini geri götürməsinə səbəb olub.

Prezident seçkiləri kampaniyası bitdikdən sonra İKO-nun kəşfiyyat bölməsi əvvəlcə birinci vitse-prezident İshaq Cahangirinin qardaşı Mehdi Cahangirini, daha sonra da prezident Ruhaninin qardaşı və ofisinin üzvü olan Hüseyin Firudunun maliyyə cinayətləri səbəbilə həbs edib.

Maliyyə böhranının getdikcə pisləşdiyi üçün İrandakı korrupsiya problemi ictimai məsələyə çevrilib. Bu vəziyyət Xameneini “korrupsiyaya edənlərə və iqtisadi vəziyyəti manipulyasiya edən şəxslərə qarşı” xüsusi məhkəmə yaratmağa məcbur edib. İran tezliklə “Qızıl sultanı” və “Qətran sultanı” ləqəbli 2 taciri edam edib. “Polad taciri” kimi tanınan iş adamını isə həbs edib.

Prezident Ruhani və aralarında Qüds Qüvvələri Komandiri Qasım Süleymaninin də olduğu İKO-nun 5 nəfərbaş komandiri ilə görüşdən sonra İrandakı tərəflər arasındakı konflikt bir qədər sakitləşib.

6. ABŞ ilə qarşılaşma

İran ictimaiyyəti son 2 ildə ABŞ rəhbərliyi ilə İran rejimi arasında bir döyüş meydanına çevrilib. ABŞ administrasiyasının siyasəti İranda bölünmələrə səbəb olarkən, Tehran Vaşinqtonu İrana qarşı sanksiya “iqtisadi terror” tətbiq etməkdə ittiham edir.

İranlıların sosial azadlıqların və ABŞ-la münasibətlərin normallaşdırılmasını­ istədiyini başa düşən ABŞ rəhbərliyi İran xalqına müraciət edərək onların tələblərini vurğulamaqla İran rəsmiləri üzərində təzyiq yaratmağa müvəffəq olub.

Avropanın ənənəvi münasibətinin olmadığı və nüvə sazişindən sonra İrandakı insan hüquqları ilə əlaqəli işlərlə maraqlanmadığı bir zamanda ABŞ rəhbərliyi xalq etirazları ilə məşğul olmağa başlayıb. Sosial media platformalarından etirazlar barədə çoxlu mesajlar gəlir. ABŞ fars dilində yayımlanan media qurumlarının rəhbərliyini nəzərdən keçirərək müxalif partiyalardan gələn çıxışları dinləməklə, iranlıların tələblərini dəstəkləyən bir yol izləyir.

ABŞ rəhbərliyi, xüsusilə 2017-ci ilin dekabrında İran etirazlarından sonra iranlıların vəziyyətini yoxlayan bir təzyiq strategiyası irəli sürüb. Bu da Ruhanini məzənnə dəyişikliyinə qarşı başlayan etirazların ortaya çıxmasına görə ABŞ-ı ittiham etməyə vadar edib.

7. Ruhaninin həyata keçirə bilmədiyi vədləri

İran prezidenti Həsən Ruhani 2 seçki dönəmi keçirsə də, iranlılara verdiyi bir vədləri yerinə yetirə bilməyib. Məsələn, partizan və siyasi fəaliyyətlərin asanlaşdırılması, mediadakı məhdudiyyətlərin aradan qaldırılması və ifadə azadlığı ilə yanaşı, islahata əsaslanan Yaşıl Hərəkatının liderləri Mir Hüseyn Musəvi, Mehdi Kərrubi və keçmiş prezident Məhəmməd Hətəmiyə qoyulan qadağaların aradan qaldırılması və s. Eyni şəkildə universitetlərdəki azadlıqların dəstəklənməsi vədini də yerinə yetirməyib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar