Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbailin icra başçısı mədəniyyət naziri gətirilir - Əbülfəs Qarayev gedir...

Yaxın vaxtlarda Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov mədəniyyət naziri təyin olunacaq...

KONKRET.az-a daxil olan məlumata görə, artıq bununla bağlı siyasi qərarın verildiyi bildirilir. Hazırkı mədəniyyət naziri Əbülfəs Qarayev isə vəzifəsindən kənarlaşdırılacaq.

Məsələ ilə bağlı məlumatı dəqiqləşdirmək üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov onlarda belə bir məlumatın olmadığını bildirdi. İ.Hümbətov vurğuladı ki, ümumiyyətlə, kimin işdən azad edilib-edilməyəcəyi ilə bağlı məsələ Prezidentin səlahiyyətindədir və belə bir informasiya yalnız dövlət başçısının rəsmi qərarından sonra cəmiyyətdə yayıla bilər.

Səbail Rayon İcra Hakimiyyəti başçısının köməkçisi isə telefon zənglərimizə cavab vermədi.

Qeyd edək ki, Vüqar Teyyub oğlu Zeynalov 1976-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin də məzunudur.

Müxtəlif dövrlər ərzində özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya” kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət Muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində direktor, 2012-ci ildən Nizami Kino Mərkəzinin direktoru, 2015-2018-ci illərdə isə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar