Cümə axşamı, 24 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Sayt rəhbəri 752 min manat cərimələndi - Foto

İspaniyada sayt rəhbəri cərimələndi...

İspaniyanın Mədəniyyət, Təhsil və İdman Nazirliyi exvagos.com, exvagos1.com və exvagos2.com saytlarının sahibi Aleks Cayla qarşı inzibati hüquqpozma maddəsi ilə mülki iş qaldırmağa qərar verib.

PİA.az Azərtac-a istinadən xəbər verir ki, ona qarşı tətbiq edilən sanksiya xarakterli inzibati prosedur əqli mülkiyyət hüquqlarının pozulması, piratlıq və müəllif hüquqlarının pozulması maddələrini ehtiva edir. Bu 400 min avro məbləğində cərimə, habelə saytların fəaliyyətinin dərhal dayandırılmasını nəzərdə tutur.

Aleks Caylın internet saytları istifadəçilərə qanunsuz olaraq çox böyük həcmli kontent təklif edirlər. Hazırda bu kontentə 760 mindən çox material – 194 min elektron kitab, 180 min film, 92 min musiqi əsəri, 30 min videooyun daxildir. İnternet saytlarının üç milyon qeydiyyatdan keçmiş istifadəçisi var. Bu saytların özünəməxsusluğu ondan ibarətdir ki, onlar pirat materialların identifikasiyası üzrə avtomatlaşmış sistemin fəaliyyətinin qarşısını alaraq öz kontentini gizlədə bilir və bunun üçün xüsusi idarəetmə vasitələrindən istifadə edirdilər. Saytlarda “YouTube” şəbəkəsindən yerləşdirilən videoları aşkar etmək çox çətin olub və bir çox hallarda onların sahibi əsl məqsədini gizlədə bilib.

Qeyd olunur ki, exvagos.com saytının sahibi ölkənin Mədəniyyət, Təhsil və İdman Nazirliyinin tələbləri qarşısında məsuliyyətdən yayınmaq bacarığı ilə öyünürmüş.

pia.az


Etiket: cərimə

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Adil Əliyevdən Ramiz Mehdiyevə: “Çoxsaylı adam oğurluqlarının və qətllərin arxasından mən yox, siz çıxdınız”  

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni təyinat

Lotu Qulinin qardaşı hücuma keçdi: Kriminal aləmdə iki "qoçu"nun başı bir qazanda qaynayacaqmı?

Vasif Talıbovun övladları Bilgəhdə 30 minə 110 sot torpaq alıblar - Şeyxin qudasından

Fərhad Əliyev Kərəm Həsənovun qohumunu işdən çıxardı

Azərbaycanda toyların bərpası dəqiqləşdi - Şadlıq saraylarından açıqlama

“Səfərbərlik şousu” düzəldən məmur övladları da hərbi təlimlərə çağırılıb?..

Azərbaycanda nişanlı qız intim görüntüsü ilə şantaj olunur - Fotofakt

Deputat özü-özünü təbrik etdi: Gülüş hədəfi oldu

loading...

Ən çox oxunanalar