Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saxlanılan icra başçısının övladları: Böyük oğlu biznesmendir, kiçiyi isə...

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyat keçirərək, Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevi saxlaması barədə informasiya yayılıb...

Hələlik baş verənlərlə bağlı rəsmi açıqlama verilməsə də, icra başçısının rüşvət aldığına görə saxlanması barədə məlumatlar mətbuatda geniş rezonans doğurub.

PİA.az Sfera.az-a istinadən gündəm mövzusu olan icra başçısı və övladları ilə bağlı bəzi maraqlı məlumatları təqdim edir:

İcra başçısının böyük oğlu İsmət Vəliyev Türkiyədə biznes fəaliyyəti ilə məşğuldur. İstanbulda yaşayan iş adamı – İsmət Vəliyevin geniş imkanlara malik olduğu bildirilir.

İcra başçısının digər oğlu Məhərrəm Vəliyev isə Azərbaycanda yaşayır və Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutur.

Xatırladaq ki, Neftçalanın icra başçısı İsmayıl Məhərrəm oğlu Vəliyev 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı (indiki Şirvan şəhəri - E.H.) şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb.

29 may 1996-cı ildən 21 may 1998-ci ilədək Sumqayıt Gömrükxanasının rəisi, 21 may 1998-ci ildən 21 yanvar 1999-cu ilədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu ildən 3 yanvar 2001-ci ilədək Dövlət Analitik Şöbənin rəisi, 3 yanvar 2001-ci ildən 31 may 2005-ci ilədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.

2005-ci ildən Qobustan RİH-in başçısı olub. 26 aprel 2011-ci ildən etibarən isə Neftçala rayonuna rəhbər təyin edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar