Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Savaşlar dönəmi bitib, heç bir İran-Amerika qarşıdurması olmayacaq”

Türkiyə icmalçısı İran üçün təhlüklənin sovuşduğunu deyir

Vərda Özər

Milliyet (Türkiyə), 15.05.2019

İran və Fars körfəzi ölkələri arasında gərginliyin sürətlə artması, əlbəttə, ABŞ-İran xətti üzrə gərginliyin davamıdır. İndi hamı həyəcanlanıb: Fars körfəzində qaynar münaqişə alovlanacaq? İran səudlarla vuruşacaq? İş ABŞ və Tehran savaşına qədər gedib çıxar?

Əlüstü cavab verək: bütün bunlara fikir verməyin. Axı çoxlu səbəb var ki, qaynar savaş alovlanmasın.

Savaşlar dönəmi bitib

Hər şeydən qabaq, biz dövlətlər arasında qaynar savaşlar dövründə yaşamırıq. Hələ bir neçə ay qabaq “Şimali Koreya və ABŞ arasında nüvə savaşı qopacaq” nidaları səslənirdi. Bəs nəticəsi nə oldu? Məsələ yoluna qoyuldu. Əlbəttə, Trampın “əvvəlcə Amerika” prinsipi də bunda rol oynadı. Onu ABŞ-ın xaricdə vəsait və enerji xərclərinin mümkün qədər məhdudlaşdırmaq və diqqətin iç problemlərə toplamaq narahat edir. O buna görə də Yaxın Şərqdə yenidən hərbi güc cəmləməyi lap sonda arzulayır.

Yeri gəlmişkən, Tramp məhz buna görə bir yandan Tehrana qarşı ard-arda sanksiya qoyur və hərbi gəmiləri Fars körfəzinə yığır, o biri yandan açıq deyir: “Mənə zəng edin!” Bu, zarafat deyil, Tramp dörd gün qabaq bildirib: “İran sıradakını etməlidir: qoy mənə zəng etsinlər, oturaq, danışaq və ədalətli saziş bağlayaq. Biz İrana ziyan vurmaq istəmirik”. İran zəng etsin deyə Tramp İsveçrə telefonunun nömrəsini verib! Bununla bağlı aydındır ki, Tramp Tehranı yalnız iqtisadi və diplomatik həmlələrlə dizüstə qoymaq cəhdini davam etdirəcək.

***

Hətta Vaşinqton daxilən hazır deyil. Prezidentin özü savaş variantına qarşı çıxdığı bir vaxtda ən yaxın çevrəsindəki “qırğılar”, hamıdan qabaq təhlükəsizlik üzrə müşavir Bolton (2003-cü ildə İraqa müdaxilənin arxasında durub) onu buna itələyirlər. Yekunda nə alındığının örnəyini Venesuelada gördük: heç nə.

***

İranın da vuruşmağa gücü yoxdur. İranlılar sanksiya yükündən əziliblər. Ruhaninin iki gün əvvəlki “tezliklə bizdə İraq-İran savaşı dönəmindəkindən daha ağır problemlər ola bilər” bəyanatı bu gücsüzlüyün aydın örnəyidir. Buna görə də İran da bundan sonra yalnız “Hizbullah”, Yəməndə husilər, ya da İraq-Suriyada şiə qruplarının əliylə cavab verəcək.

Beynəlxalq balanslar da İranın xeyrinədir. Tramp bir il qabaq İranla nüvə sazişindən çıxanda Avropa Birliyi (AB) sazişin saxlanması uğrunda təkidlə çıxış edib. AB xarici işlər nazirləri lap bu günlərdə Brüsselə yığışıb və bəyanat veriblər: “Biz sazişi qətiyyətlə dəstəkləyirik”. Pompeo məhz bu görüş vaxtı Brüsselə qəfil səfər edib və bu, fikir ayrılığına görə ABŞ-ın narahatlığını göstərir. Özü də İran onların arasındakı bu fikir ayrılıqlarından çox gözəl yararlanır.

***

Putinin İran barədə Trampla gizli sazişi beynəlxalq balansların daha bir dayağını yaradır. Pompeo keçən gün, mayın 14-də Rusiyaya gedib və Putinlə görüşüb. Bu, iki ölkə arasında 2018-in iyulundan bəri belə yüksək səviyyəli ilk görüşdür.

Səbəb sıradakıdır: Rusiyaİran əvvəllər bir cəbhədə Əsədin arxasında durub. Amma Putin Suriyada öz maraqlarına zəmanət aldıqda Tehran ona gərək olmadı. Əslində, Putin İranın Suriyadakı təsirindən son dərəcə narahatdır. Hətta ötən ay mətbuatda məlumat gedib ki, Putin İranı Suriyadan uzaqlaşdırmaq haqda İsrailin baş naziri Benyamin Netanyahu ilə anlaşıb. Bu, Trampa bəlli olmaya bilməz. Və, budur, Pompeo indi Rusiyaya uçur və mahiyyətcə bu gizli anlaşmanı faş edir.

Bütün bunlara Çini əlavə edin. Pompeo Rusiyada yerə enməzdən qabaq çinli həmkarı orada idi. Yəqin ki, Çin XİN başçısı “İndi mən də bu mənzərədəyəm və mənsiz heş nəyə nail olmazsınız” deməkdən ötrü Rusiyaya gəlib.

***

Bir sözlə, yaşadığımız dünya nə birqütblü, nə də ikiqütblüdür. Güc mərkəzləri getdikcə çoxalır. Hələ qeyri-dövlət qrupları da nəzərə alınsa, aydın olur ki, bu güc bölgüsündə bu qədər çox amillə nə Tramp, nə də iki dövlət düşünüdüyü kimi – tutuşmağa başlayar.

Deməli, İran üçün təhlükə keçib. Amma tam deyil. Bir yandan sanksiyalar, o biri yandan Suriyada baha oturan savaş… O, hansısa bir anda dirənə bilməz və əlüstü geri çəkilməyə başlayar. Amma bu, rejimin dəyişilməsinə qədər gedərmi? Baxarıq.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar