Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Savaş zəngləri çalınır: III Dünya Müharibəsi necə başlayacaq?..

Bütün dünya yaşamaq uğrunda mübarizə üçün birləşməli olduğu halda, ölkələr bir-birlərinin zəif nöqtələrini axtarmağa başlayıblar...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 18 iyun 2020-ci il

Bəlkə də, dünya tarixinin ən çətin dövrlərindən birini yaşayırıq. Tərəflər aydın olsa da, oyunçular barədə eyni cür düşünə bilmirik. Daimi olaraq yer dəyişdirənlər də var. Dünyanın zirvəsində baş verən hadisələri işində, gücündə olan insanlara izah etmək heç asan deyil.

Yenə ABŞ-dakı müharibəyə doğru yönəlməliyik. ABŞ tarixində 2-dən çox seçilən yeganə prezident Ruzvelt idi. 1933-1945-ci illərdə ABŞ prezidenti olmuş Ruzvelt MKİ-nin əsasını qoyan şəxs idi. “Morqan Stanley” isə 1935-ci ildə yaradılıb. 1939-cu ildə Rokfeller Mərkəzi, 1944-cü ildə BVF və 1947-ci ildə isə MKİ təsis edilib. “Morgan Stanley” pulları idarə edir, Rokfeller Mərkəzi isə iş adamlarını nizamlayır, BVF ölkələri Vaşinqtona bağlayır, MKİ isə dünyanın hər yerində kəşfiyyat fəaliyyəti ilə məşğul olurdu. Sonralar bu dördlük meydana gəldikdə FED də bir nəhəngə çevrildi və ABŞ imperiyasını sarsılmaz hala gətirdi.

Bundan sonra isə 2010-cu illərdə Rokfeller Mərkəzi ilə ingilis baronlarının yolları ayrıldı. Eynilə Rotşild kimi. İki qüvvə arasında pul və enerji sahəsində adsız bir ortaqlıq var idi və bu pozuldu. Pozulduqdan sonra bir çox ölkənin də tarazlığı yox oldu.

Eyni şey Türkiyədə də baş verdi. 17-25 əməliyyatları, Oslo, 15 iyul Gezi parkı hadisələri böyük bir ortaqlığın sonu ilə bağlı idi. Amma biz baş verənlərin hamısını daxildən izləyirdik. Ona görə, heç bir şey əldə mümkün olmurdu.

Məsələn, Rokfeller Mərkəzinin hakim olduğu dövrdə Türkiyənin ən böyük zənginlərindən biri olan Mehmet Emin Karamehmet daxildə təzyiqlərə məruz qalırdı. Onun nəşrləri, xüsusilə Rokfellerə yaxın olan quruluşları narahat edildi. Sonrakı illərə nəzər salsaq görərik ki, Karamehmet ümumi enerji platformaları ilə İraqda özünü göstərirdi. Şimali İraqda fəaliyyət göstərən Mehmet Emin Karamehmet ilə Mehmet Sepilin enerji şirkəti “Genel Energy” ingilis “Vallares PLC” ilə birləşdi. Beləcə, “Genel Enerji Plc” formasına düşdü.

Mehmet Emin London Birjasındakı ilk türk şirkəti olmaq hüququna sahib oldu.

“BP” şirkətinin keçmiş baş direktoru Toni Hayvardın ortaq olduğu ingilis neft şirkətinin “Vallares”in gizli sahibi Rotşild idi. Amerikaya yaxın olanlar İngiltərəyə yaxın olanları kənarlaşdırmaq istəyirdi.

Yeni qısa şəkildə desək, bütün mübarizə bu idi və hər yerdə davam edirdi. Xatırlayanlar yaxşı bilərlər, Aydın Doğan ilə Karamehmet media vasitəsilə toqquşurdu. Sizcə, niyə? Bundan əlavə, Koç ailəsi də Karamehmeti çox bəyənməzdi. Niyə, görəsən?

Davam edək. Gəlin mübarizənin mərkəzinə gələk. Tramp prezident olub Ağ Evə köçdü. Ancaq dərhal öz istəyi ilə ətrafı mühasirəyə alındı. Stiv Mnakin, Reks Tillerson, Vilbur Ross, Cey Kleyton, Piter Til, Stefan Şvarzman, Cared Kaşner kimi simalar prezidenti yönləndirdilər. Bu komandanın əleyhinə olan Stiv Bennon kimi simalar isə kənarlaşdırıldı.

Türkiyədən də görünən bu ki, mübarizə Ağ Evdə lap pik həddə çatıb. Tarixin ən böyük müharibəsinə şahid olduğumuz bu günlərdə Dərin Amerika Trampdan ABŞ Maliyyə Naziri Stiv Mnakini istəyib. Tramp “Goldman Sachs”ın keçmiş partnyoru və Rotşild ailəsinin ən önəmli layihələrindən biri olan Stiv Mnakini vəzifəsindən azad edə bilərmi? Bəlkə də, dünyanın necə formalaşacağı Trampın bu addımından asılıdır.

Dərin Amerika ABŞ Maliyyə Nazirliyinin gizli məlumatlarına görə Stiv Mnakini istəyir. Koronavirusla birlikdə ABŞ dövlətinə 5.3 trilyon dollar borcu olan Stiven Mnakin hədəfdədir. Yəni qara siyahının ilk sırasındadır.

Koronavirusa görə maliyyə dünyasına ağır zərbə dəydi. ABŞ-dakı maliyyə sistemi də Stiv Mnakinin Maliyyə Naziri olması ilə standart vəziyyətində qaldı. Rotşild ailəsinə bağlı olan banklar, investisiya şirkətləri və aktivlərin rəhbərləri koronavirusdan güclənmiş halda çıxıb.

Dərin Amerikaya görə, 5.3 trilyon dollarlıq dəstək tarixdəki ən böyük oğurluqdur. Görülən tədbirlərdən asılı olmayaraq, London pul sehrbazlığı ilə yenidən tarazlığı dəyişdirdi. Bu fakt da göz qabağındadır.

Dərin Amerika koronavirusla birlikdə FED-in də rəhbəri olardı. Plan bu idi. Ancaq Rotşild ailəsindəki şirkətlər bu qədər tez qərar verdilər ki, sistem bir anda ABŞ-ı məhv edə biləcək qədər güclü işsizliklə üz-üzə qaldı.

Rotşild ailəsi də ikinci addımı atdı, yəni Corc Floyd iğtişaşlarını başlatdı.

Dərin Amerika, əslində, insanların koronavirusla alt-üst olmasını istəyir. Ancaq onların planına görə, yalnız 14 milyon insan işsiz qalacaqdı. İşsiz bölgələrin də “Wall Street”in gücünü alan Nyu-York və Vaşinqton olacağı düşünülürdü. Koronavirusun Nyu-Yorku məhv etməsi də plan daxilində idi. ABŞ-da koronavirusdan ölən hər 3 amerikalıdan 1-i Manhettendə və ətrafında yaşayırdı.

Hədəfin maliyyə mərkəzi olduğu elə Londondan da hiss olunurdu. Rotşild ailəsinin artan işsizlik, Flyod iğtişaşları və Stiv Mnakin vasitəsilə maliyyə əməliyyatları keçirməsi Dərin Amerikanı dəli etdi. Floyd iğtişaşlarının içinə girib yönləndirsələr də, pullar əldən çıxıb.

İndi isə iş gəlib Stiven Mnakinə kilidlənib. Dərin Amerıka və Pentaqon israr edir. Pentaqonda artıq müharibə çağırışları artır. Müharibə etmək üçün şərait axtarırlar. Bu məsələdə, əslində, Asiya və Yaxın Şərq iki ayrı seçimdir. Başqa ehtimal da yoxdur.

Bununla birlikdə, Pentaqonun düşüncə mərkəzi olaraq bilinən “Rand Corporation” ABŞ III Dünya Müharibəsində məğlub olacağını bildirib. 3 il ərzində hazırlanan bütün hesabatlarda və keçən ay Pentaqona təqdim edilmiş hesabatda da ABŞ-ın III Dünya Müharibəsi riskini almamalı olduğu ifadə edilib. Məruzədə Rotşild ailəsinin Avropa, Rusiya və Çin üçbucağını bir-birinə bağladığını və koronavirusa görə qopmalı olan bu birliyin hələ də aktiv olduğu bildirilib.
Ancaq Dərin Amerika müharibə istəyir.

“Lockheed Martin” və “Northrop Grumman” Pentaqona təzyiq göstərir. Hesabatlar “müharibəyə girməyin, uduzarıq”, deyir, amma silah nəhəngləri “başqa çarə yoxdur”, şəklində cavab verirlər.

Rusiya və Çinin daxil olacağı III Dünya Müharibəsi üçün gözlənilməz hadisələr baş verə bilər. Çin Prezidenti Si Tsinpin bir neçə gün əvvəl Çin Xalq Konqresində yenidən həyəcanlı açıqlamalar verib:


“Mayın 26-da günortadan sonra əsl müharibə təlimləri üçün Şərqi Türkistandakı Hərbi Bölgələr hazırlanıb. Əlbəttə ki, təkcə Şərqi Türkistan deyil. Hərbi hazırlıqları sürətləndirməliyik. Çünki bizə qarşı atılan addımlara səssiz qala bilmərik”.

Çin çox ciddi şəkildə müharibəyə hazırlaşır. Çinin daxil olduğu bir müharibə təkcə Asiyaya təsir etməz. Vaşinqton və Nyu-York da bu müharibədən təsirlənəcək. Artıq qlobal sistemdə Honkonqda bir şirkət və ya önəmli bir iş adamı çöksə, bunu London da, Nyu-York da hiss edər.

Müharibə son variant olmalıdır. Dialoqların sona çatdığını koronavirus sayəsində gördük. Dünya yaşamaq uğrunda mübarizə üçün birləşməli olduğu halda, ölkələr bir-birlərinin zəif nöqtələrini axtarmağa başlayıblar. Bu III Dünya Müharibəsinin qaçınılmaz olduğunu göstərdi. Laboratoriyada bir neçə elm adamının yaratdığı virusla evlərinə həbs edilən, işsiz qalan, ümidini, həyatını itirənlər dövlətin əmrlərini yerinə yetirməyə başlayıblar. Bu da planın vacib bir hissəsi idi. İndi mümkün bir müharibə koronavirusdan daha dağıdıcı olacaq. Yeni pul və yeni sistem üçün Dərin Amerika müharibəni qızışdırmağa başlayıb. Xüsusilə, Çinin geriyə addım atmayacağını da gördük.

Təəssüf ki, indi 5 qitədə müharibə zəngləri eşidilir. Buna qulaqlarımızı bağlamağın da heç bir mənası yoxdur. Daxildə Rokfeller məktəbinə bağlı olan təşkilat Ankaranı almaq üçün mübarizə aparacaq. Hələ simalardan, partiyalardan, şirkətlərdən danışmıram. Lakin vəziyyət budur.

Qeyd: Koronavirus yardımlarının haraya verildiyini bilmək istəyən Dərin Amerika Ağ Evdən cavab ala bilməyib. Heç bir məlumat da verilməyib. Bir gün əvvəl “Washington Post”da çıxan bu xəbər də gərginliyin bitməyəcəyini ortaya qoyub. Görünən odur ki, gedişat heç yaxşı deyil.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar