Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Satışda soğan, kartof və göyərti yoxdur” - “Araz”da tərəvəz qıtlığı

Yeni koronavirus epidemiyası ilə bağlı yarana biləcək ən əsas problemlərdən biri kimi ərzaq qıtlığı göstərilsə də, reallıqda Azərbaycan da daxil olmaqla, dünya ölkələrində ciddi ərzaq çatışmazlığına dair hər hansı əhəmiyyətli fakt mövcud deyil...

Ölkəmizdə ərzaq çatışmazlığı ilə bağlı hər hansı ajiotaj, çatışmazlıq müşahidə olunmur və hökumət səviyyəsində bütün lazımi tədbirlər görülür.

Lakin AzPolitika.info-nun redaksiyasına müraciət edən oxucularımızın bəziləri son günlər xüsusilə də paytaxtımızda əhalinin ən çox üz tutduğu ticarət şəbəkələrindən olan “Araz” supermarketlərində bir çox tərəvəz növlərinin olmadığını bildirirlər. “Üç gündür satışda soğan, kartof və göyərti yoxdur”, deyə bildirən oxucularımızdan biri qeyd edib ki, son günlər bu şəbəkəyə aid bəzi supermarketlərdə ümumiyyətlə meyvə-tərəvəz şöbələri əvvəlki vaxtlarla müqayisədə sönük təsir bağışlayır.

Qeyd olunur ki, nisbətən ucuz və bol seçim imkanı yaradan, tez-tez endirim kampaniyaları təşkil edən “Araz” supermarketlərinin bir çoxunda qiymətlər hər zaman daha münasib olduğundan əhalinin bir qismi məhz bu mağazalardan alış-veriş etməyə üstünlük verib. Lakin son günlər sözügedən mağazalarda meyvə-tərəvəz çeşidi xeyli zəifləyib. Soğan, kartof, göyərti və digər bir çox məhsulların satışı isə ümumiyətlə yoxdur. Hansı ki, digər ticarət obyektlərində, eləcə də bu supermarketlərlə qonşuluqda yerləşən digər ticarət köşklərində həmin məhsullar kifayət qədər geniş çeşiddə təqdim olunmaqdadır.

Bunun nə ilə əlaqədar olduğuna dair məlumat almaq cəhdlərimiz nəticə vermədi. Ancaq “Araz” supermarketlər şəbəkəsinin bu problemlə bağlı mövqeyini dərc etməyə hazırıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar