Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyan qətliamda iştirakını açıq şəkildə elan edirdi - Deputat

"Hər bir ölkədə keçirilən seçkilər həmin dövlət, eləcə də ona qonşu ölkələr üçün ciddi hadisədir. Region dövlətləri olaraq Gürcüstan və Ermənistandakı vəziyyət Azərbaycan üçün çox önəmlidir. Gürcüstanda ilk qadın prezidentin seçilməsi münasibətilə gürcü həmkarlarımı təbrik edirəm."

Bu fikri AŞPA-nın qış sessiyasında Büro və Daimi Komitənın fəaliyyətinə dair hesabatla bağlı müzakirələr zamanı qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib.

O deyib ki, Ermənistanda keçirilmiş parlament seçkiləri bu ölkədəki vəziyyət haqqında düşünmək və müzakirə aparmaq üçün ciddi əsaslar verir. Assambleyada Ermənistandakı seçkilər və demokratiyanın vəziyyəti dəfələrlə müzakirə olunub, lakin çox nadir hallarda tənqidi fikirlər səsləndirilib. Buna baxmayaraq, burada bəzi deputatların Ermənistanın keçmiş rəhbərliyini cidd-cəhdlə müdafiə etməsinin şahidi olmuşuq. Nəhayət, Ermənistan əhalisinin mövqeyi üstün gəldi və bütün dünya Ermənistanda 20 il davam edən vəziyyəti gördü: Serj Sarkisyan hakimiyyəti ölkəni siyasi və iqtisadi böhran həddinə gətirib çıxarmışdı. Assambleyada alqışlarla qarşılanan Serj Sarkisyan azərbaycanlıların Xocalıdakı qətliamında iştirakını açıq şəkildə və fəxrlə elan edirdi. Artıq Ermənistan əhalisi cinayətkar rejimdən xilas olub və ümid edirik ki, yeni hökumət siyasətini öz xalqının maraqları əsasında quracaq. Bu ölkənin gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından və Azərbaycanla münasibətləri tamamilə normallaşmasından asılıdır.

Azərbaycan hər zaman danışıqlara hazır olduğunu bəyan edib və ümid etmək istəyirik ki, xalqın seçdiyi yeni hakimiyyət bu məsələyə ayıq-sayıq yanaşacaq və əvvəlki rejimin əməllərindən nəticə çıxaracaq.

“Hamımız seçilmiş nümayəndələr olaraq, burada ölkələrimizi təmsil edir, daha yaxşı dünya naminə öz təcrübəmizi bölüşür, uğurlarımızdan və çətinliklərimizdən söz açırıq. Avropa Şurasının 70 illik yubileyi ərəfəsində biz sülhün dəyəri, demokratiya və ədalət prinsiplərinə sadiqliyimizin əhəmiyyəti barədə bir daha düşünməliyik. Kimisə razı salmaq naminə müəyyən hallara göz yummaq, qeyri-obyektiv qərarlar qəbul etmək yolverilməzdir”, - deyə Sevinc Fətəliyeva diqqətə çatdırıb.
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar