Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sarı jiletlilər” - Sorosun Avropada əsdirdiyi fırtına

Rəngli inqilabların “xaç atası” ərəblərə “bahar” gətirdiyi kimi avropalılara da “payız” gətirir…

Artıq bir aya yaxındır ki, Fransada “sarı jiletlilər” hər şənbə-bazar Parisin küçələrində fırtına qoparırlar. Hadisələr ilk öncə Fransa hökümətinin ətraf mühiti qorumaq adı altında avtomobil sahiblərinə “benzinə ekoloji vergi” qoyması ilə başladı. Və əslində birinci addımda küçələrə çıxaraq ətraflarını yandırıb yaxan “sarı jiletlilər” haqlıydılar.

Haqlıydılar, çünki Makron hökümətinin tətbiq etdiyi vergi Avropanın “sosial cənnət”lərindən biri olan Fransanı sosial ədalətsizliyin simasına çevriirdi.

Avropanın “sosial cənnətində” nənələr baş verir?..

Lakin daha sonra baş verdi? “Sarı jiletlilər” sosial ədalət naminə qarşılarına çıxah hər şeyi yandırıb yaxarkən, Makron geri addım atdı və “sarı jiletlilər”lə uzlaşmaq üçün “benzin” vergisinin icrasını durdurdu. Bundan sonra hər kəs “sarı jiletlilər”in etirazları dayandırıb hökümətlə masaya oturacağını düşündülər, amma “sarı jiletlilər” geri addım atmadılar və ötən şənbə zoraklığın “duzunu” daha da artıraraq Makronun istefasını tələb etdilər.

Eyni zamanda etirazlar digər Avropa İttifaqı ölkələrinə də sıçradı. Bazar günü hökümət yenidən geri addım atdı.

Bazar günü Fransa prezidentinin mətbuat katibliyinin yaydığı açıqlamada bildirilidi ki, president Emmanuel Makron baş verən hadisələrdən çox narahatdır və sabah xalqa sevindirici müraciət edəcək. Açıqlamada açıq şəkildə göstərilirdi ki, Makron “sarı jiletlilər”in qarşısında təslim olur və bundan əvvəl vergilərin artırılması qərarının 6 ay müddətinə dayandırıldığını açıqlayan Makron bu dəfə etirazçılardan üzr istəyəcək və daha çox vergi endirimi həyata keçirəcəklərini bəyan edəcək.

Dünən axşam saatlarında xalqa müraciət edən Fransa prezidenti ölkədə iqtisadi və sosial sahələrdə fövqəladə vəziyyət elan etdi. Prezident qeyd edib ki, ölkənin problemləri çoxdan mövcuddur. Problemlərin kökləri 40 il əvvələ gedib çıxır və indi onlar “küçələrə çıxır”. Eyni zamanda prezident bir çox iqtisadi və sosial sahələrdə etirazçıların tələblərinin yerinə yetiriləcəyini bildirib.

Sözü keçən beynəlxalq gücün hədəfi bütün Avropadır və 2011-ci ildə “ərəb baharı”ndan sonra darmadağın olan Yaxın Şərq kimi, Avropa da dağılmaq təhlükəsi ilə üz-üzədir.

Qeyd edək ki, “sarı jiletlilər”in ilkin tələbləri də məhz sosial və iqtisadi xarakterli idi. Lakin dünən prezidentin xalqa müraciətindən əvvəl “sarı jiletlilər” 25 maddədən ibarət təlabnamı siyahısını dərc etdiriblər. Bu tələbnamə artıq ultimatium idi və heç də sosial və iqtisadi xarakter daşımırdı. Əksinə, tələblər siyasi və geosiyasi xarakterli idi və inanılmaz şəkildə ağır tələblərdi. Yəni qəbulolunmazdı…

Bu tələblərin arasında Fransanın arasında Fransanın NATO-nu dərhal tərk eləməsi və xaricdə hərbi əməliyyatlarıdan imtina eləməsi, Avropa İttifaından çıxmaq və Fransanın siyasi, maliyyə və iqtisadi müstəqilliyini bərpa eləmək, Afrika xalqının talan edilmiş sərvətinin qaytarılması, konstitusiyanın dəyişdirilməsi, təhsil sisteminin dəyişdirilməsi kimi sırf siyasi və geosiyasi tələbləri yer alır.

Etiraf etməliyik ki, bu tələblər heç də “benzin” vergisinə etiraz edən qəzəbli sürücü kütləsinin tələbi deyil. Bu tələblər ciddi bir mərkəz tərəfindən hazırlanmış proqram tipli bir tələblərdir və bir daha qeyd etməliyik ki, bu tələblər heç də qəzəbli sürücülərin tələbinə bənzəmir.

Sözügedən tələblər əslində qloballaşmanın üstündən birdəfəlik və birmənalı xətt çəkmək anlamına gəlir. Və bu tələblərlə çıxış edənlər təbii ki, ciddi beynəlxalq gücdür.

Qeyd edək ki, “sarı jiletlilər” üsyanı Fransadan Belçikaya, Hollandiyaya, İspaniyaya, Portuqaliyaya və Monteneqroya da sıçrayıb. Yəni sözü keçən beynəlxalq gücün hədəfi bütün Avropadır və 2011-ci ildə “ərəb baharı”ndan sonra darmadağın olan Yaxın Şərq kimi, Avropa da dağılmaq təhlükəsi ilə üz-üzədir.

Sarı təhlükə - Onun mənbəyi haradır?

Soroson rəngli və məxməri inqilablarında narıncı və sarı rənglər hər zaman əsas rol oynayıb. Niyə məhz çəhrayı və sarı? İddilara görə rəngli inqilabların “xaç atası” Corc Soros uşaqlıqdan bu rəngləri sevir. Bu rənglər Sorosun alt şüurunda o qədər oturuşub ki, o dünyanın müxtəlif yerlərində tətiklədiyi inqilabları da bu rənglərlə süsləyir.

Bir çox araşdırmaçıların fikrincə, hazırda Avropanı yanan məşələ çevirmək istəyən “sarı jiletlilər” Corc Sorosun və onun “Açıq Cəmiyyət” İnstitutunun layihəsidir.

Bəs bu gün Avropanı təhdid edən “sarı jiletlilər” ilk dəfə olaraq harda peyda olub?

Sarı rəngi özünün simvoluna çevirən etirazçılar ilk dəfə 2016-cı ildə Braziliyada peyda olublar. 2016-cı ilin mart ayında Braziliyanın 150 bölgəsində təxminən 3 milyon insan küçələrə axışdı. Bugünkü “sarı jiletlilər” o günlərdə “Sarı Ördəklər” olaraq ölkəni qarışdırmağa qərarlıydı. Və qarışdırdılar da...

Bir müddət sonra bu etirazlar Braziliyada böyük böyük bir siyasi böhrana səbəb oldu. Üniversitetlərdə böyük qovğalar yaşandı. Küçələrə axın edən gənclər prezident Dilma Roussefin istefasını tələb etdilər.

Bütün dünyada özəlliklə universitet gənclərini kütləvi şəkildə aksiyalar keçirmək üçün küçələrə çağırmasıyla bilinən “Açıq Cəmiyyət” İnstitutu doğrudan bütün Braziliya gənclərini küçələrə tökə bilmişdi və bu öz-özlüyündə böyük uğur hesab olunmalıdır. Demək olar ki, Braziliyanın bütün universitetləri siyasət qazanına dönmüşdü və universitetlərdə böyük qarşıdurmalar yaşanırdı.

Tək universitetlər deyil, Braziliyanın küçələri də qaynayırdı. Əllərində plastik sarı ördəklər (Yellow Duck) tutmuş nümayişçilər geyimlərində də sarı rəngə önəm verirdilər. Bu Sorosun və onun “Açıq Cəmiyyət” İnstitutunun sevimli rəngi idi.

İğtişaşlar sonrası 1 sentyabr 2016-cı ildə Dilma Roussef vəzifəsindən getdi. Xaos qalib gəlmişdi və Soros sentyabr ayının ilk həftəsində Nyu-Yorkda Braziliya üçün həmin o “sarı ördəkli bombanın” hazırlandığı malikanəsində ziyafət verdi. Ziyafətin səbəbi isə Dila Roussefin istefaya göndərilməsiydi.

Nümayişlərdə xalqı küçələrə çağıran “Açıq Cəmiyyət” İnstitutunun menecerləri də bir milyon dollarlıq mükafatlarını o gecə aldılar. Hər bir mencer bir milyon dollar aldı və belə görünürdü ki, onlar bu mükafatı haqq etmişdilər. Təbii ki, bütün bunlar daha sonra Sorosun düşmənləri tərfindən mətbuata sızdırılacaqdı.

2011-ci ildən başlayaraq Yaxın Şərqi yandırıb yaxan xaosun Avropaya sıçraması əslində tamam başqa bir şeydən xəbər verir. Yenidən şəkillənən dünya qloballaşma ideyaları altında formalaşamyacaq.

Bir il sonra... Bu dəfə məkan Rusiya idi. 2017-ci ilin mart ayında ayında Rusyanın, xüsusilə də Moskvanın bəlli bölgələrində meydana çıxan aksiyaçılar əllərində sarı ördəklər tutmuşdular. Tələbləri Putinin getməsi idi.

Təbii ki, Putin Sorosun “sarı ördəklərinə” ən sərt şəkildə təpki verdi və ən “Açıq Cəmiyyət” İnstitutu ilk dəfə Rusiyada ağır zərbə aldı.

Daha sonra Serbiyada “sarı ördəklərin” uğursuğluğu təkrar olundu. Və Corc Soros ən böyük məğlubiyyətini vətəni Macarıstandan aldı. Macarıstanın Baş naziri Viktor Orbanı devirməyi planlayan 86 yaşlı milyarder ilk böyük məğlubiyyəti də məhz Orbandan aldı. Sorosun cəhdlərinə baxmayaraq, yenidən xalqın etimadını qzanan Orban seçkidən sonra başda “Açıq Cəmiyyət” İnstitutu olmaqla, Sorosun maliyyələşdirdiyi QHT-lər və təşkilatları bağladı. Hazırda Sorosun Macarıstandakı universiteti də bağlanıb. Qeyd edək ki, bu universitet Sorosun Avropda ən böyük universiteti idi.

Bənzər hadisə Türkiyədə də yaşandı. Yəqin ki, “Gezi Parkı” iğtişaşalarını hər kəs xatırlayır. Və əslində hazırda Fətullah Gülənin Türkiyədə əsas müttəfiqi olaraq Soros və onun təşkilatları çıxış edir. Ərdoğan da altı ildir qarşı-qarşıya gəldiyi Sorosu bir müddət öncə ölkəsindən çıxarmağı bacardı. Lakin Soros Türkiyənin təhsil sistemində hələ də çox güclüdür. İddilara görə, 270 professor tamamən Sorosun tapşırığı ilə hərəkət edir. Onların bir çoxu da Türkiyədəki dövlət universitetlərində vəzifə tutur.

Viktor Orban hər şeydən əvvəl universitetlərdəki Soros professorlarını təmizləmişdi. Ondan sonra da gücü əlinə almışdı. Türkiyədə isə durum hələ də istənilən kimi deyil.

İddilara görə, “Sarı Ördəklər” CIA (MKİ-Mərkəzi Kəşfiyyat İdarəsi-red.) tərəfindən istifadə olunurlar. Ancaq onları yaradan, yönəldən və sahəyə çıxaran Corc Soros və Con Rokfellerdir. Yəni “sarı ördəklərin” sahibi onların fondlarıdır. Bir qayda olaraq insanları, xüsusən də gəncləri küçələrə çıxarmaq üçün əsasən çoxsaylı sosial şəbəkələrdən, bəzən isə mobil telefonlarındakı özəl mesajlardan istifadə edilir.

Corc Soros və Con Rokfellerin Avropa desantı

Bildiyimiz kimi, Rokfeller və Rotşildlər ailəsinin dünyanı yönləndirməsi və bu iki ailə arasında davamlı olaraq savaş getdiyi haqda saysız komplo teorilər mövcuddur. 2016-cı ildə Rokfellerlər Trampın simasında ABŞ-ı qazanırkən, Rotşildlər revanş olaraq Fransada Emmanuel Makronu hakimiyyətə gətirdilər. Qloballaşama tərəfdarı olan gənc və iddialı siyasətçi olaraq görünən Makronun Rotşildlərin namizədi olması elə o zaman Avropa və dünya mətbuatında dəfələrlə vurğulamışdı.

Trampın qloballaşamanı yatırmaq üçün hər şey etdiyini də görürük. ABŞ prezidentinin demək olar ki, imzaladığı hər bir fərman, atdığı hər bir addım qloballaşma layihələrini ortadan qaldırmağa yönəlib.

Sorosun ərəblərə “bahar” gətirdiyi kimi avropalılara da gətirirdiyi “payız”ın necə olacağını isə zaman göstərəcək. Çox da uzun sürməyəcək bir zaman...

Yəni Soros və Rokfeller Rotşildlərin son20-30 ildə əldə etdikləri bütün nailiyyətləri dağıdırlar. Və Sorosun sevimli rəngi olan sarı təhlükənin Avropanın göbəyində, yəni Fransada peyda olması və oradan bütün Avropaya sıçraması heç də təsadüfi deyil. “Sarı jiletlilər” əslində Emmanuel Makronun bütün siyasi karyerasını sildilər. Və artıq bu gənc və iddialı siyasətçinin gələcəyi demək olar ki, yoxdur. O, dünənki müraciəti ilə göründüyündən zəif və iradəsiz olduğunu isbatlamış oldu.

Bəs Avropanı nə gözləyir?

2011-ci ildən başlayaraq Yaxın Şərqi yandırıb yaxan xaosun Avropaya sıçraması əslində tamam başqa bir şeydən xəbər verir. Yenidən şəkillənən dünya qloballaşma ideyaları altında formalaşamyacaq. Bir çox ölkələr Sorosun qarşını almağa cəhd eləsələr və buna nail olsalar da Soros və Rokfeller ittifaqı hələ çox güclüdür və belə görünür ki, onların gücü dünyanı yenidən şəkilləndirmək üçün yetərli ola bilər. Hər hallda iddilara görə, arxasına Pentaqonu və CIA-nı alan Soros və Rokfeller ittifaqının bunun üçün yetərli gücünün olduğu görünür.

Təbii ki, hər şey Avropa liderlərinin necə davranmasında asılıdır. Ancaq artıq Avropa siyasətçiləri arasında “sarı jiletliləri” müdafiə edən səslər eşidilməkdədir. Makronun xalqa müraciətindən sonra Fransa siyasi partiyalarının sərgilədiyi mövqe də onu göstərir ki, onlar zamanla “sarı jiletlilərlə” ittifaqa getməkdən çəkinməyəcəklər. Avropa İttifaqının digər ölkələrindən də “sarı jiletlilərə” isti münasibətlər sərgilənməkdədir. Hətta İtaliyanın daxili işlər naziri belə açıq şəkildə “sarı jiletlilərə” dəstək verməkdən belə çəkinmir.

Sorosun ərəblərə “bahar” gətirdiyi kimi avropalılara da gətirirdiyi “payız”ın necə olacağını isə zaman göstərəcək. Çox da uzun sürməyəcək bir zaman...

Azər QARAMANLI
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar