Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saraydakı modul tipli xəstəxanada xəstələrin müalicəsinə başlanıldı

Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxanada COVİD-19 virusuna yoluxmuş xastələrin müalicəsinə başlanılıb...

Sözügedən müalicə müəssisəsində quraşdırılan avadanlıqlar koronavirusa tutulmuş insanların tez bir zamanda sağalmasına imkan verir. Xəstəxanada yerləşdirilən pasiyentlər burada yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, cari ilin iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Onların arasında Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksi də yer alır. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Məlumat üçün bildirək ki, modul tipli xəstəxananın qurulması üçün mütəxəsislər Türkiyədən dəvət olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar