Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samsung-u indiki vəziyyətə gətirmiş şəxs

Samsung şirkətinin rəhbəri Lee Kun-hee 78 yaşında vəfat edib. Bu barədə Bloomberg saytı xəbər verib. 90-cı illərin sonunda məşhur sahibkar xərçəng xəstəliyindən müalicə almışdı. 2014-cü ildə isə keçirtmiş olduğu ürək tutması səbəbilə komaya düşmüşdü. Buna görə də son bir neçə il ərzində Samsung şirkətinin idarəsi ilə onun oğlu Lee Jae-yong məşğul olurdu. Qeyd etmək lazımdır ki, Lee Kun-hee 1987-ci ildə atasının vəfatından sonra Samsung şirkətinin başına keçmişdi. Məlumata əsasən onun sərvəti 20.7 milyard dollar təşkil edir. Bu cür göstərici ilə o, Cənubi Koreyanın ən varlı şəxsi idi.

2005-ci ildə Time jurnalı onu dünyanın 100 ən nüfuzlu şəxsindən biri hesab etmişdi. Keçən əsrin 90-cı illərində Samsung şirkəti ucuz elektronika məhsullarının istehsalçısı kimi tanınırdı. Məhz buna görə Lee Kun-hee şirkət daxilində böyük dəyişikliklər aparmağa başlamışdı. O, şirkət rəhbərliyini Almaniyada yığaraq şirkəti ikinci dərəcəli televizor istehsalçısından bazar liderinə çevirməyi planlaşdırırdı. Şirkətin əsas məqsədi hətta satışların aşağı düşməsi bahasına da keyfiyyətli məhsulların istehsalı idi. Bununla yanaşı şirkət müxtəlif biznes istiqamətlərinin aqressiv inkişafını özünə hədəf qoymuşdu.

Buna misal olaraq yarımkeçiricilər ilə smartfonların istehsalını gətirmək olar. 2006-cı ildə Samsung şirkəti Sony-ni geridə qoyaraq yastı ekranlı televizorlar bazarında lider şirkətə çevrilmişdi. Həmin ildə onun bazar dəyəri 100 milyard dolları keçmişdi. 2010-cu ildə isə şirkət Galaxy smartfon seriyasının ilk versiyasını satışa çıxartmışdı. Artıq 2011-ci ildə o, Apple şirkətini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı statusunu əldə etmişdi. 2008-ci ildə Lee Kun-hee şirkətdən ayrılmalı olmuşdu. Belə ki, o, vergilərin ödənməməsi üzrə günahlandırılaraq azadlıqdan məhrum olunmuşdu. 2010-cu ildə məhkəmənin bu qərarı ləğv edilmiş və Lee Kun-hee şirkətin başına geri qayıtmışdı.(milli.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar