Bazar, 26 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Şamil Süleymanov: Deputat olmağı neyniyirəm axı?

"Aktyora bir milyon belə versən, çatmayacaq."

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Şamil Süleymanov deyib.

“Hazırda, kinomuzun vəziyyəti düzəlir. Bu sevindirici haldır. Amma serial mənim üçün laboratoriyadır. Orada bəzi eksperimentlər edirəm. Serial rejissorları, böyük film çəkən həmkarlarım yəqin ki məndən inciməzlər. Çünki serial rejissorlarının gözündən yayınıb nəsə etmək olur.

Ona görə də, bəzən yaşımı belə nəzərə almadan bir çox eksperimentlər edirəm. Məsələn, bu yaxınlarda ən böyük arzularımdan birinə serialda çatmışam. Tələbəlik vaxtından teatr maskasını, eyni zamanda gülüb-ağlamağı oynamağı istəyirdim. Kinoda bunu mənə heç cür icazə vermirdilər. Amma serialda onu edə bildim.

Qonorar məsələsi isə başqa məsələdir. Çünki aktyora bir milyon belə versən, çatmayacaq. Hətta iki milyon belə versələr, bəs etməyəcək”, -deyə aktyor bildirib.

Xalq artisti qeyd edib ki, xalqa səslənmək və öz fikirlərini bildirmək üçün öz tribunası var:

“Niyə aktyor deputat olmalıdır? Mənim öz tribunam var. Lazım olanda oradan həqiqətləri deyəcəm. Milli Məclis iqtisadçı, siyasətçi və hüquqşünasların yeridir. Onların tribunası olmadığı üçün deputat olur. Mənim isə arxamda öz tamaşaçılarım var. Hamı məni tanıyır. Tribunamdan hər şeyi onlara danışa bilirəm. Deputat olmağı neyniyirəm axı?”.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar