Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda usta evdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

Şamaxı rayonunda mənzildən oğurluq edən şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhəri, H. Cavid küçəsi ev 19A, mənzil 2 ünvanında yaşayan Mamedzadə Mustafa Surxay oğlu rayon polis şöbəsinə müraciət edərək ona məxsus evdən ümumi dəyəri 14 650 manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxs, Ağdam rayonunun Muradbəyli kəndindən olan məcburi köçkün, Şamaxıda yataqxanada məskunlaşan, 1995-ci il təvəllüdlü Nağıyev Ruslan Sərdar oğlu polis əməkdaşları tərəfindən saxlanıb.

Araşdırma zamanı məlum olub ki, o, usta kimi həmin evdə istilik sistemini təmir edərkən yataq otağından qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

pia.az 


Etiket: Oğurluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar