Çərşənbə axşamı, 26 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Şamaxıda 112 baş heyvanı oğurlayıb satan şəxslər saxlanılıb

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində fermalardan xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Şəhriyar və Sabir qəsəbələrində, eləcə də şəhər ərazisində yerləşən fermalardan ümumi dəyəri 32 min manatdan artıq olan 112 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı polis şöbəsinə müraciətlər daxil olub.

Daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslər, Laçın rayon sakini Elvin Mustafayev, Şamaxı rayon sakinləri- Musa Şirinov, Adəm Abdullayev və Babək Bəyalıyev müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslərin oğurladıqları heyvanları SalyanAğdaş rayonlarındakı mal-heyvan bazarlarda satdıqları məlum olub. Onlar ifadələrində əldə etdikləri pulu öz aralarında böldüklərini və Bakı şəhərinə gedərək öz əyləncələrinə xərclədiklərini bildiriblər.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Hafiz Hacıyev süni nəfəs aparatından ayrıldı - Yenilənib

Şeyxin "Azərbaycan" sözünü düzgün yaza bilməyən deputat qardaşı məsxərəyə qoyuldu - Foto

"Meyitin sifətinə baxıb əsəbləşdim, qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım..." - Məhkəmə

İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” adı təklifinə reaksiya

“Bir ilədək azərbaycanlılar İrəvana, biz isə Bakıya sərbəst gedib-gələcəyik” - Erməni deputat

Tatarıstandan müstəqillik addımları: Kazan Rusiyanın qanunlarını tanımır

Manatın devalvasiyaya uğraması riski hansı səviyyədədir?

“Əli Əkbər Vilayətidən soruşdum: niyə Ermənistana dəstək verirsiniz? Dedi Türkiyənin önünü kəsmək istəyirik...”

Şeyxin deputat qardaşı sürücüsünü cəzalandırdı: “Facebook”a görə - Foto

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay