Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxı Rayon İcra Hakimiyyətindən acınacaqlı vəziyyətdə qalmış uşaqlarla bağlı açıqlama, Foto

Şamaxı Rayon İcra Hakimiyyəti rayonun İkinci Çaylı kəndində acınacaqlı durumla üzləşən uşaqlarla bağlı məlumat yayıb.

İcra Hakimiyyətinin başçısının 2019-cu ildə rayonun İkinci Çaylı kəndində vətəndaşlarla keçirilən görüş-qəbulu zamanı bu ailənin sosial vəziyyətinin çətin olduğu və uşaqların yeganə himayəçisinin ana olduğu müəyyən olunub:

“Rayon icra hakimiyyətinin təşəbbüsü ilə uşaqların anası Gülnarə Cavadova 2019-cu ildə “DOST İş Mərkəzi” MMC-də işlə təmin olunub. Aldığı əməkhaqqı müqabilində ondan yeganə tələb də övladlarına baxması olub. Lakin o, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq övladlarına yaxşı baxmayıb. Həmin ildə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara yeni fərdi yaşayış evi də tikilib.

Dəfələrlə rayon icra hakimiyyəti və müvafiq qurumların əməkdaşları tərəfindən uşaqlara lazımi yardımlar göstərilsə də, onların himayəyə götürülməsinə anaları mane olub, hər dəfə aqressiya nümayiş etdirib. Bu dəfə polis əməkdaşlarının köməkliyi ilə uşaqları evdən çıxarıb öz nəzarətimizə götürmüşük. Onlar yaxşı şəraiti olan yerdə yerləşdirilib, isti geyim və əzaqla təmin olunub, həkim müayinəsində keçiriliblər. Uşaqların daimi olaraq dövlət müəssisəsində qalması üçün bütün zəruri hüquqi addımlar atılacaq.

Həmçinin əlavə olaraq bildiririk ki, Gülnarə Cavadova COVID-19 xəstəsi deyil, o, tez-tez evi tərk edərək uşaqları baxımsız qoyur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar