Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxı rayon ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

Şamaxı sakinləri Prezidentə müraciət ediblər...

PİA.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident.

Dünyanı bürüyən koronavirus pandemiyası dönəmində Sizin gərgin əməyiniz nəticəsində ölkəmizdə əhalini qorumaq üçün aparılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verir. Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması istiqamətində atılan hər bir addım bütün əhali tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Səhiyyə sahəsində həyata keçirilən səmərəli tədbirlər Birinci vitse-prezident Mehriban xanımın bu işlərə bilavasitə nəzarətinin və fədakar əməyinin nəticəsidir. Dünyanın inkişaf etmiş ölkələrində COVID-19-dan ölüm sayı 10 minlərə çatdığı halda Sizin müdrik və çevik qərarlarınız sayəsində ölkəmizdə əldə olunan ürəkaçan nəticələrə görə Sizə təşəkkürümüzü bildiririk.

Hətta belə çətin dövrdə Sizin və Mehriban xanımın rayonumuza səfəriniz əhalimiz tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb.

Azərbaycan tarixində və mədəniyyətində xüsusi yeri olan Şamaxı özünün yeni çiçəklənmə dövrünü yaşayır. Bu, Sizin diqqətinizin nəticəsidir. Rayonumuzda tikinti, quruculuq, abadlıq işləri ilə yanaşı, tarixi abidələrə göstərdiyiniz qayğı onlara ikinci həyat verir və bizi sevindirir. Pirsaat Baba, Pir Ömər Sultan ziyarətgahlarının və İmadəddin Nəsiminin qardaşı Şahxəndanın türbəsinin yenidən qurulması çərçivəsində görülən işlərə diqqətiniz isə biz şamaxılılar üçün mühüm əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, bu abidələr bütün ölkə əhalisinin və başqa ölkələrdən gələn qonaqların ziyarət etdiyi müqəddəs yerlərdir. Hörmətli xanım Mehriban Əliyevanın təşəbbüsü ilə son illərdə tariximizə və mədəniyyətimizə göstərilən qayğı Sizin milli mənəvi dəyərlərimizə həssas münasibətinizdən xəbər verir.

Sizin şamaxılılara olan diqqətiniz səfər zamanı hər addımda hiss olunurdu. Şamaxıda yeni binalar tikilir, zəlzələdən zərər çəkmiş minlərlə ev təzələnir, kəndlərə, qəsəbələrə yeni yollar çəkilir, ucqar kəndlər belə qazla təmin olunur, heç vaxt suyu olmayan kəndlərə su çəkilir, əhalimizə regionda ilk dəfə Şamaxıya hədiyyə etdiyiniz müasir avtobuslar xidmət göstərir.

Eyni zamanda, çox sevinirik ki, hər bir göstərişiniz, tapşırıqlarınız, regionlara təyin etdiyiniz rəhbərlər qarşısında qoyduğunuz vəzifə və öhdəliklər gənc kadrlar tərəfindən layiqincə həyata keçirilir. Onların hər bir addımında Sizin diqqət və qayğınızı hiss edir, istənilən sahəyə nəzər saldıqda aparılan islahatların nəticələrini görürük.

Çox təəssüf hissi ilə qeyd edirik ki, son zamanlarda ölkəmizdə, o cümlədən regionlarda aparılan inkişaf prosesinə kölgə salmağa çalışanlar var. Bu, ölkəmizi, Vətənimizi sevməyən, süni narazılıq yaratmaq istəyən şər qüvvələrin əməlləridir və onlar bu istəklərinə çatmayacaqlar. Əmin ola bilərsiniz ki, bütün Azərbaycan xalqı, o cümlədən şamaxılılar Sizin hər bir qərarınıza güvənir və apardığınız siyasəti dəstəkləyirlər.

Əziz Prezidentimiz və hörmətli Mehriban xanım, Allahdan Sizə möhkəm cansağlığı, dövlətimizin və xalqımızın inkişafı naminə gördüyünüz şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq". (Report)

pia.az




Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar