Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxı həkimləri Prezidentdən kömək istəyir...

Şamaxı şəhər Diaqnostika Mərkəzinin Konsultativ Poliklinika Şöbəsinin tibb işçiləri Prezident İlham Əliyevə müraciət edib...

PİA.az xəbər verir ki, bu barədə müraciətin bir surətini yenisabah.az-a ünvanlayan tibb işçiləri maaşlarının 50 faiz azaldıldığını və Prezidentdən bu məsələni diqqətdə saxlamasını xahiş ediblər. Tibb işçilərinin müraciətini təqdim edirik:

“Cənab Prezident, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Çünki Sizin yürütdüyünüz siyasətin nəticəsi olaraq ölkəmiz regionun qüdrətli dövlətinə çevrilib.

Bu gün ölkəmizin ən ucqar rayon və kəndlərində müasir tələblərə cavab verən təhsil ocaqları, tibb müəssisələri açılıb və insanlar yeni iş yerləri ilə təmin olunub.

Cənab Prezident, 10 ildir ki, Sizin təşəbbüsünüzlə tikilmiş Şamaxı Müalicə Diaqnostika Mərkəzində işləyirik. Həmişə Sizin tibb işçilərinə olan diqqətinizi hiss etmişik. Əmək haqlarımız yaxşı olub. Səhiyyə Nazirliyinin nəzdində olanda əmək haqqımız 500-600 manat civarında idi. İcbari Tibbi Sığortaya keçdikdən sonra əmək haqqımız 50 faiz azalaraq 200-300 manata düşüb.

Sizdən xahiş edirik ki, işimizin ağır və məsuliyyətli olduğunu nəzərə alaraq əmək haqqımızın artırılmasına kömək edəsiniz.

Hazırda TƏBİB-in tabeliyində olan Qazax, Bərdə, Şirvan, Lənkəran, FüzuliCəlilabad diaqnostika mərkəzlərinin işçiləri Səhiyyə Nazirliyinin dövründə olduğu kimi yüksək əmək haqqı alırlar. 2020-ci ilin yanvar ayına qədər biz də o cür almışıq. Amma indi İcbari Tibbi Sığortanın bütün qaydaları ilə işləməymizə və eyni qurumdan maliyyələşməyimizə baxmayaraq yuxarıda sadaladığımız diaqnostika mərkəzlərinin işçilərində 50 faiz aşağı maaş alırıq.

Sizin bu məsələyə diqqət yetirmənizi xahiş edirik. İnanırıq ki, bizə yardım edəcəksiniz. Əvvəlcədən təşəkür edirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar