Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyanda dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlayan dəstə üzvləri saxlanılıb

Araşdırmalar davam etdirilir...

Salyan Rayon Polis Şöbəsinə (RPŞ) Arbatan və Kürqaraqaşlı kəndlərində yerləşən qəbiristanlıqlarda iki qəbrin naməlum şəxs və ya şəxslər tərəfindən qazılması, eləcə də dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlanması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və hadisəni törədənlərin müəyyən edilərək saxlanılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Aparılan tədbirlər nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən şəxslərin Abşeron rayon sakinləri - Abas Abasov, Xəyal Mustafayev və Rəsul Elyasov olduqları müəyyən edilib və onlar saxlanılaraq Salyan RPŞ-nə gətiriliblər.

İlkin dindirilmə zamanı hər üç şəxs törətdikləri əməli etiraf edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Abasov, X.Mustafayev və R.Elyasov mayın 7-də gündüz saatlarında Arbatan kəndində yerləşən qəbiristanlığa gələrək sonuncunun vəfat edən bibisinin məzarını qazıb, onun iki qızıl dişini çıxararaq oradan uzaqlaşıblar. Gecə saatlarında isə adı çəkilən şəxslər rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək bu dəfə başqa məzarı qazıblar və orada dəfn olunan şəxsin 4 qızıl dişini götürüblər. Hadisədən sonra rayonu tərk edən dəstə üzvləri qızıl dişləri sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Saxlanılan zaman A.Abasovdan və R.Elyasovdan narkotik maddə olan heroin də aşkarlanaraq götürülüb.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar