Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyan xəstəxanasında nöqsanlar aşkarlandı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib...

Ombudsman Aparatından Teleqraf.com-a verilən məlumata görə, yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi üçün tətbiq edilən xüsusi karantin rejimi dövründə həmin müəssisədə saxlanma şəraiti, müyəssərlik, rəftar məsələləri, qidalanma səviyyəsi, tibbi-sosial xidmətlərə çıxış imkanları, daxil olmuş müraciətlərin araşdırılması, hospitallaşdırılmış pasiyentlərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyəti araşdırılıb.

Başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin palata və şöbələrinə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, çatışmazlıqlar müəyyənləşdirilib.

Başçəkmə zamanı müəssisə rəhbərliyi sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanıldığını, müalicə alan şəxslərin mütəmadi olaraq müayinələrdən keçirildiyini, dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edildiyini, həmçinin işçi heyətə koronavirus infeksiyasından qorunma qaydaları barədə maarifləndirici məlumatların verildiyini, koronavirus pandemiyası ilə əlaqədar pasiyentlərin yaxın qohumları ilə görüşlərinin də məhdudlaşırıldığını bildirib.

Xəstəxananın mətbəxinin və ərzaq anbarının binasının 1963-cü ildə tikildiyi və standartlara uyğun olmadığı, tərəvəz məhsullarının saxlanılmasına dair qaydalara düzgün riayət edilmədiyi müşahidə edilib.

Müəssisə rəhbərliyinə qanunvericilik əsasında sənədləşmədə olan nöqsanların aradan qaldırılması ilə bağlı hüquqi məsləhət verilib, qanunvericiliyin tələbləri izah olunub. Müəssisə rəhbəri 11 nəfər həkim, 20 nəfər isə tibb bacısı ştatının vakansiya olduğunu, bunun da tibbi yardımın təşkilində çətinliklər yaratdığını bildirib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla 18 may - 18 iyun tarixlərində Müvəkkilin təşəbbüsü ilə respublikamızda elan edilmiş İnsan Hüquqları Aylığı çərçivəsində BMT-nin “Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri”, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, koronavirus epidemiyasından qorunmaq üçün sosial məsafə saxlanılması və gigiyenanın nəzarətdə saxlanılması tövsiyə olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar