Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyan Polisi əməliyyat keçirib - “Topal” ləqəbli narkotacir həbs edildi

Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib...

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən PİA.az-a verilən məlumata görə, şöbəyə Salyan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elvin Əliyevin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı həmin şəxs saxlanılıb.

Onun üzərində şəxsi axtarış zamanı narkotik vasitələr olan 52,263 qram heroin, 48,945 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı Elvin Əliyev narkotik vasitələri satdığı adamlara adını deməyək özünü “Topal” kimi təqdim edirmiş.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Elvin Əliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davan etdirilir.

pia.az


Etiket: narkotacir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar