Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saleh Məmmədovun oğlu ilə bağlı rəsmi açıqlama

İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt-sterlinq dəyərində saatının oğurlandığı barədə xəbər yayılıb

Bu barədə məlumatı Britaniyanın nüfuzlu “Daily Mail” nəşri dərc edib.

Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli isə sosial şəbəkədə sözügedən şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğunu yazıb.

C.Həsənli bundan əvvəl bəzi azərbaycanlı məmurların Avropadakı bahalı mülkləri barədə araşdırma materiallar təqdim edib. Və bu materiallar səs-küylü qalmaqallara səbəb olub.

PİA.AZ xəbər verir ki, məsələ ilə bağlı AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq, yazılanların həqiqəti əks etdirmədiyini bildirib:

“Barəsində danışılan hadisədə Agentliyin sədri Saleh Məmmədovun övladının adının hallanması qərəzlidir. Belə bir hadisə baş verməyib”.

Xarici mətbuatda hadisənin təfərratı barədə bildirilir ki, azərbaycanlı turist dəniz sahilində dostu ilə gəzintidə olarkən günün günorta çağı hücuma məruz qalıb.

Oğru onu bir neçə dəfə itələdikdən sonra qolundakı bahalı saatı götürərək qaçıb.

Azərbaycanlı dərhal hadisə ilə bağlı polisə məlumat verib.

Oğurlanan saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatın çəkisi cəmi 40 qramdır.

Britaniya mətbuatı azərbaycanlı turistin ad-soyadını yazmayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar