Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahzadə Salmanın taxt-tac intriqaları - Səudiyyə saray çevrilişinin astanasındadır

Vəliəhd şahzadə Məhəmməd ibn Salmanın noyabr ayında paytaxt Ər Riyadda baş tutacaq G20 zirvəsinə kral olaraq qarılmaq istədiyi bildirilir...

“Məcra” qəzeti, Türkiyə

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salmanın ən böyük rəqibi, əmisi şahzadə Əhməd ibn Əbdüləzizi həbs etdirməsi və kral ailəsinin üzvlərini siyasi prosseslərdın kənarlaşdırmasının səbəbi noyabrda Ər-Riyadda keçirilməsi planlaşdırılan G20 zirvəsindən əvvəl taxt yolunu təmizləmək istəyi ilə əlaqələndirilir. Mənbələr vəliəhd şahzadənin atası kral Salmanı taxtdan imtinaya məcbur ediləcəyini və atasının sağlığında Məhəmmıd ibn Salmanın taxta oturacağnı bildiriblər.

Vəliəhd şahzadə ibn Salmanın tələsməsin bı qəti addımlar atmaslnı ABŞ prezidenti Donald Trampın ikinci dəfə seçilməmə ehtimalı əlaqələndiriblər. Yaranmış vəziyyətdən narahat olan vəlihıd Demokrtaların ona qarşı gərqli davranacağını bilir. Demokratların İstanbulda jurnalist Camal Qaşıqçının öldürülməsini yenidən gündəmə gətirəcəklərindən ehtiyat edən ibn Salman beynəlxalq vəziyyəti dəyərləndirərək vaxt itirmıdən taxta oturmağı və bununla da Demokratları fakt qarşısında qoymağı planlayır Mənbələrə görə, BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayed əl-Nahyan da bu fitnənin içindədir.

Bu üzdən də ABŞ da keçiriləcək seçki ərəfəsində vəliəhd şahzadə Məhəmməd ibn Salmanın noyabr ayında paytaxt Ər Riyadda baş tutacaq G20 zirvəsinə kral olaraq qarılmaq istədiyi bildirilir.

“Middle East Eye” saytındakı bir xəbərə görə, Salman ən böyük rəqibi olan əmisi şahzadə Əhməd ibn Əbdüləzizi həbs etməsinin və kral ailəsi üzvlərinə qarşı da təqiblərə başlamasının səbəbi G20 zirvəsindən əvvəl taxt yolunu təmizləmək istəməsidir.

İddialara görə Salman qanunlara görə atası kral Salman ibn Əbdüləzizin ölümünü gözləməyəcək və noyabr ayına qədər atasını taxtdan kənarlaşdıraraq Səudiyyə kralı siması ilə zirvədən özü üçün bir yüksəliş mərhələsi kimi istifadə edəcək.

Mənbələr Salmanın böyük əmisi oğlu şahzadə Məhəmməd ibn Nayəfin vəliəhd şahzadə postundan kənarlaşdırılması ilə başlayan prossesi bitirəcəyini bildiriblər. Mənbəıərə görə ibn Salman atasını taxtdan imtina etməyə məcbur etmək istəyir və G20 sammitinə qədər bu prossesi yekunlaşdırıb dünya liderlərinə legitimliyini qəbul etdirmək niyyətindədir..

Mənbələr birmənalı şəkildə vəlihəd şahzadənin atası sağ ikən kral olmaq istədiyini və buna görə, atasını taxtdan imtina etməyə məcbur edəcəyini qeyd ediblər.

Kral Salmanın qardaşı Əhməd ibn Əbdüləzizə (şahzadə Əhməd) həbs olunmazdan əvvəl vəlihədin çevriliş layihəsini dəstəkləmək üçün son bir şans verildiyi bildirilir. Lakin şahzadə Əhmədin bundan imtina etdiyini qeyd edən mənbələr bildirir ki, Əhməd heç də kral Salmana qarşı sədaqətli düyil. Şahzadə Əhməd Məhəmməd ibn Salmanın deyil, başqalarının taxta çıxmasının tırıfdarıdır və bunu da dilə gıtirib.

Mənbələr şahzadə Əhmədin həbs olunandan əvvəl çevriliş planı qurmadığını və bunu edəcək qədər güclü olmadığını qeyd ddiblər. Şahzadə Əhmədin simvolik olaraq kralın taxta çıxmasını təsdiqləyən Sadiqlik Şurasının üzvü olduğunu xatırladan qaynaqlar qeyd edib ki, kral Salman öldüyü təqdirdə Əhməd mütləq oğul Salmanın taxta çıxmasına qarşı çıxacaq və bu da onun hıbsini şərtlındirən əsas səbəblərdən biridir..

Əhməd kral Salmanla görüşməyə getdi və həbs olundu

Ötən həftənin cümə günü səhər kral Salmanla görüşmək üçün saraya gedən şahzadə Əhməd orada həbs edilib.

Şahzadə Əhməd kral Salmanın Cümə günü səhər onu görmək istədiyini və məsələnin başqa bir məhbus şahzadə Faisal ibn Əbdülrəhman ilə əlaqəli olduğunu deyib.

Mənbə: “Şahzadə Əhməd kralı görmədi. Bu, tamamilə xəyanət idi”, deyə onun həbsini şərh edib.

Çevriliş prosesinin başlamasının daxili və xarici səbəbləri

Mənbələr kral Salmanın taxtdan kənarlaşdırma prossüsinin başlanmasının səbəbinin xarici və daxili amillər olduğunu vurğulayıblar.

ABŞ prezidenti Donald Trampın ikinci dəfə seçilməmək ehtimalının olmaması vəlihəd şahzadəni tələsməyə məcbur edir. Çünki Demokratların hakimiyyətə gəlməsi ibn Salmanın taxt-tac arzusunu gözündə qoya bilər. Qaşıqçı cinayətinə görə ibn Salmanın məsuliyyət daşıması faktı ortadadır və bu gurultulu cinayətin yenidən araşdırılması baş verərsə, Səudiyyə vəlihədinin siyasətdən kənarlqşdırılması proseduru başladıla bilər ki, sonucda vəlihəd şahzadənin siyasi karyerası biabırçılıqla bitə bilər. Bütün bunların isə Demokratların ABŞ-da seçkiləri qazanması fonunda baş verməsi ehtimal olunur.

Tramp və dövlət katibi Mayk Pompeo, oğul Salmanı ittiham etməkdən çəkinmələri ortadadır. ABŞ adminstrasiyası bu günə qədər FTB-nin bu cinayəti araşdırmasını bloklayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) bu cinayəti araşdırmalası üçün etdiyi çağırışlar da nəticəsiz qalıb.

Tramp keçən iyul ayında jurnalistlərə verdiyi brifinqdə İranın regionda hücləndiyini və Tehranın faəliyyətinin durudurulmasının vacibliyini vurğulayaraq, Səudiyyənin ABŞ-dan on milyardlarla dollar həcmində silah və digər hərbi məhsullar almasına diqqət çəkib. ABŞ prezidenti bəyan edib ki, ABŞ səudiyyəlilərlə iş görməsə, onlar Rusiya və ya Çindən bu silahları alacaqlar.

BƏƏ-nin vəliəhd şahzadəsi də intriqa içindədir

Bir mənbə Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayed əl-Nahyanın da bu intriqaya qarışdığını deyib. Nahyanın Salmanın hər bir hərəkətində ona dəstək olduğunu qeyd edən mənbə bildirib ki, vəliəhd şahzadə nə qədər çox səhv etsə və ölkədə qeyri-sabitlik, qarşıdurma yaransa, BƏƏ-nin vəliəhd şahzadəsi bundan bir o qədər çox yararlanacaq. Çünki həm vəlihəd şahzadə Məhəmmədin üzərində təsir gücü artacaq, həm də Səudiyyənin daxili işlərinə daha çox müdaxilə edə biləcək.

Salmanı çətin vəziyyətə salan iqtisadi şərtlər

Digər tərəfdən, vəlihəd şahzadə Salmanın islahat planları da öz axarında getmir.

Neft qiymətlərinin sürətlə aşağı düşməsi səbəbindən dövlət büdcəsinin daha az gəlir əldə etməsi İslam dünyasında şahzadə Salmanın populyarlığının sürətlə azalması nəzərdə tutulan islahat planlarına da mənfi təsir göstərib.

Səudiyyə iqtisadiyyatı 2019-cu ildə cəmi 0.3% böyüyüb.

2017-ci ilin noyabr ayından bəri ötən həftə Səudiyyə birjasının 8,3% dəyər itirərək ən aşağı səviyyəyə düşməsi də Salmanın problemlərini daha da dərinləşdirib. “Saudi Aramco”nun səhmləri isə ilk dəfə 32 rialdan (8.5 dollar) 30 riyala qədər aşağı düşüb.

Bu çevriliş əvvəlkindən fərqlidir

Bu çevriliş prosesinin 3 il əvvəlkindən fərqli olduğunu qeyd edən mənbələr Salmanın o dövrdə gənc və cəsur bir islahatçı kimi ortaya çıxdığını və populyarlığının zirvəsində olduğunu, lakin hazırda bu populyarlığın ancaq neqativ çalara çevrildiyini, vəlihəd şahzadənin nə kral ailəsində, nə də xalq içində nüfuzunun qalmadığını bildiriblər. Qaşıqçı cinayəti isə Məhəmməd ibn Salmanın beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vurub.

Korrupsiya əleyhinə mübarizə kampaniyası ilə islahatçı imici qazanan Məhəmməd ibn Salman qorxunc Qaşıqçı cinayəti ilə bu imici yerbəyer edib. İndi islahatçı şahzadə beynəlxalq aləmdə və xalq arasında acımasız qatil kimi tanınır.

Vəlihəd şahzadınin keçirdiyi həbsləri qanuni hesab edən Vaşinqtondakı Səudiyyə şərhçisi və rejimin sadiq tərəfdarı Əli Şihabi baş verənləri zəruri addım kimi qiymətləndirib və həbslərin nəsillərarası varislik prosedurasının dəyişməsi ilə əlaqəli olduğunu söyləyib.

Ənənəyə görə krallıq nəsilin böyük mümayəndəsinə ötürüldüyünü xatırladan Şibahi bildirib ki, kral Salmanın bu ənənəni dəyişməsi çoxlarını məmnun etməyib və bu üzdən də kral ailəsində narazılar çoxdur. Onlar öz hüquqlarının məhdudlqşdırıldıöını önə sürürlər.

Şahzadələrin həbsi

“Middle East Eye” Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizin qardaşı Əhməd ibn Əbdüləzizin (şahzadə Əhməd) həbsindən sonra kral ailəsinin ən azı 20 üzvü də vəliəhd şahzadə Məhəmməd ibn Salmana qarçı “çevriliş cəhdi”ndə ittiham edilərək hıbs edilib.

“Wall Street Journal” kral Salman ibn Əbdüləzizin qardaşı Əhməd ibn Əbdüləzizin və ev dustaqlığında olan əvvəlki vəliəhd şahzadə Məhəmməd ibn Nayifin Məhəmməd ibn Salmanın əmri ilə həbs olunduğunu açıqlayıb və həbsıər vəlihəd şahzadənin tələsdiyundən xənər verməkdədir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar