Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahzadə Məhəmmədə qarşı üsyan böyüyür - Kral ailəsində “tək çıxış yolu şahzadə Əhməddir”, deyirlər...

Təxminən 10 min nəfərdən ibarət olan Əl Səudiyyə ailəsi artıq şahzadə Məhəmmədin ölkəni idarə edə bilməsinə şübhə ilə yanaşırlar...

“Akşam” qəzeti, Türkiyə, 3 oktyabr 2019-cu il

Son illərdə Səudiyyə Ərəbistanında baş verən hadisələr vəliəhd şahzadə Məhəmməd ibn Salmana qarşı olan güvəni zədələməyə davam edir. Ölkənin neft nəhəngi olan “Aramco”ya qarşı edilən hücumla da səbri tükənən kral ailəsinin daxilində çatlar əmələ gəlir. Bəzi ailə üzvləri kral Salman ibn Əbdüləzizin qardaşı Əhməd ibn Əbdüləzizin tək çarə olduğunu düşünür.

Səudiyyə Ərəbistanının kral ailəsi və iş elitası keçən ay ölkənin neft nəhəngi olan “Aramco”ya edilmiş hücumdan sonra vəliəhd şahzadə Məhəmməd ibn Salmana qarşı təzyiqləri artırıblar.

“Reuters”in verdiyi xəbərə görə, təxminən 10 min nəfərdən ibarət olan Əl Səudiyyə ailəsi artıq şahzadə Məhəmmədin ölkəni idarə edə bilməsinə şübhə ilə yanaşırlar.

Səudiyyə Ərəbistanının neft nəhəngi olan “Aramco”ya qarşı edilmiş hücumların hələ həll edilməməsi nəticəsində bu narahatlıqların daha da artdığını bildirən kral qaynaqlarından biri “Reuters”ə verdiyi açıqlamada qeyd edib: “Bir çox məsələyə görə ailə daxilində küskünlük və qəzəb yaranıb. Bir hücumu belə necə təsbit edə bilməyiblər ki?”

Yenə eyni qaynaq məlumat verib ki, elit çevrələrin də vəliəhd şahzadəyə qarşı inamı qalmayıb. “Reuters”in əlaqə saxladığı 4 qaynaq da bu məlumatı təsdiqləyib.

“Atası yaşadığı müddətdə təhlükədə deyil”

Səudiyyə Ərəbistanında son dönəmlərdə baş verən hadisələrə baxmayaraq, vəliəhd şahzadə Məhəmmədin hələ də sadiq dəstəkçiləri var. Şahzadə Məhəmmədə sadiq olan bir mənbədən bildirilib:

“Son zamanlarda baş verən hadisələr ona şəxsən təsir etməyəcək, çünki bölgədəki İran təhlükəsini sovuşdurmaq üçün əlindən gələni edir. Bu, bir vətəndaşlıq məsələsidir. Buna görə də, ən azından atası yaşadığı müddətcə şahzadə Məhəmməd heç bir təhlükəyə düşməyəcək”.

“Tək çarə şahzadə Əhməd ibn Əbdüləzizdir”

Kral ailəsinin yüksək səviyyəli üzvləri və qərbli diplomatlar düşünür ki, kral Salman ibn Əbdüləziz sağ olduğu müddətdə ailə daxilində heç kim şahzadə Məhəmmədə müxalif ola bilməyəcək. Mövcud olan daxili təhlükəsizlik vəziyyətində şahzadə Salmana meydan oxumaq çətin məsələdir.

Bəzi kral ailəsi üzvləri isə Kral Salmanın 78 yaşlı qardaşı şahzadə Əhməd ibn Əbdüləzizin tək alternativ olduğuna inanır. Deyilənə görə, Şahzadə Əhməd ailə üzvlərindən, təhlükəsizlik qüvvələrindən və bəzi qərbli güclərdən dəstək alır.

Kral ailəsi ilə yaxın münasibətləri olan bir biznesmen “Reuters”ə verdiyi açıqlamada deyib: “Hər kəs şahzadə Əhmədin fəaliyyətlərini izləyir. Kral ailəsi onları xilas edəcək tək insanın şahzadə Əhməd olduğunu düşünür”.

Şahzadə Əhməd 2017-ci ildə toplanan Sədaqət Şurasında vəliəhd olaraq şahzadə Məhəmməd ibn Salmanın seçilməsinə qarşı çıxan tək ailə üzvü idi. Şahzadə Əhmədin şahzadə Məhəmmədə meydan oxuyub oxumayacağı hələ bəlli deyil, lakin Səudiyyə elitası düşünür ki, iş o nöqtəyə çatsa, şahzadə Əhməd mütləq hərəkətə keçəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar