Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahur qidalarından alınan enerji orqanizmin gücdən düşməməsinə kömək edir

Ramazan ayında sahur və iftarda düzgün qidalanma çox vacib məsələlərdən biridir. Bəzən insanlar bu ayda orucu gecədən tutur, sahurda iştirak etmirlər. Əslində, imsaqda oyanmamaq həm dini, həm də sağlamlıq baxımından düzgün sayılmır.

Diyetoloqlar da oruc tutanlara diqqətli olmağı tövsiyə edirlər. İmsaqda çox yemək məsləhət deyil, heç yeməmək isə problemlər yarada bilər. Sahur günün müəyyən hissəsinə kimi orqanizmin enerjili olmasını təmin edir.

PİA.az bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Sahur qidalarından alınan enerji günün böyük bir hissəsində orqanizmin zəifləməməsi və gücdən düşməməsinə kömək edir. Gecə saat 4-ə qədər oyaq qalıb sahur etmək orqanizm tərəfindən səhər yeməyi kimi yox, gecə yeməyi kimi qəbul edilir, çünki mərkəzi sinir sistemi istirahət etmir".

Onun dediyinə görə, sahur etməyənlər günboyu yorğun olur, bədəndə maddələr mübadiləsi zəifləyir. İmsaqda qəbul edilən qidalar isə digər günlərdə də oruc tutmağa təsir göstərir.

"Sahur etməyəndə halsızlıq və yorğunluq yaranır və bu, tonusa təsir edir, təzyiqin aşağı düşməsinə səbəb olur. Axşam iştahanın çoxalması və qidaya olan tələbatın artması özünü idarəetmənin itirilməsi ilə nəticələnir", - deyə həkim-diyetoloq əlavə edib.

Sahurda həzm prosesini sürətləndirən meyvə-tərəvəzə, lifli qidalara və süd məhsullarına üstünlük verilməlidir. Duzlu-yağlı və xəmir xörəklərindən uzaq durmaq, çoxlu maye qəbul etmək lazımdır.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar