Bazar, 22 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Şahin Mustafayev: "Yeni körpü İran-Azərbaycan sərhədində yaranan tıxacların qarşısını alacaq"

Astaraçay üzərindəki yeni avtomobil yolu körpüsünün tikintisi İran-Azərbaycan sərhədində yaranan tıxacların qarşısını alacaq.

“Report”un Astaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev körpünün təməlqoyma mərasimində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz gələndə yolboyu çoxlu yük maşınlarının dayandığının şahidi olduq. Bu da şəraitin yaxşı olmamasından irəli gəlir. Bu körpü tıxacların da qarşısını alacaq.

Şimal-Cənub nəqliyyat dəhlizinin iki komponenti var. Onlardan biri dəmiryoludur. Dəmiryolu körpüsünü bir neçə il öncə tikilib istifadəyə verildi. Hazırda həmin körpü üzərində dayanmışıq. Astarada daha bir körpü inşa edilir. Onun da inşası bu ilin sonuna kimi yekunlaşacaq. Digər komponent isə avtomobil yoludur. Bildiyiniz kimi, avtomobil yolu körpüsü ötən əsrin 50-ci illərində inşa edilmişdi, köhnə idi. Həm də bu körpüdə tıxac olurdu. Tıxac nəqliyyat axınının sürətinin aşağı düşməsinə səbəb olur və səmərəliliyə mənfi təsir göstərirdi. Ona görə də hər iki ölkənin hökuməti yeni körpünün tikilməsinə qərar verdi. Bu gün olduqca vacib gündür. İranlı həmkarımla birlikdə körpünün təməlini qoyduq, yeni körpü inşa ediləcək”, - Ş.Mustafayev qeyd etdi.

Onun sözlərinə görə, ümumiyyətlə, Şimal-Cənub nəqliyyat dəhlizinə çox böyük tələbat var: "Azərbaycan-Rusiya sərhədində də sərhəd-keçid məntəqələrinin genişləndirilməsi üçün bir sıra işlər görülür. Hər iki sərhəddə bu problemlərin aradan qaldırılması Şimal-Cənub dəhlizi vasitəsilə yükdaşımalarının həcmini artıracaq”.

Baş nazirin müavini iranlı nazirlə baş tutmuş görüşlərinin səmərəliliyindən söz açıb:

İran-Azərbaycan münasibətlərinin yüksələn xətlə irəliləyir. İranın yol və şəhərsalma naziri Azərbaycanda səfərdə idi. Çoxlu görüşlər keçirdik, müzakirələr apardıq. Bizim əlaqələrimizin ən əsas istiqamətlərindən biri nəqliyyat-tranzit sahəsidir. Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyət göstərir, Fars körfəzi – Qara dəniz marşrutu fəaliyyətə başlayır".

Ş.Mustafayev tikiləcək körpünün yaradacağı imkanları qeyd edib: “İki il ərzində pandemiya dövrünün sürməsi ölkələr arasında ticari əlaqələrə zərbə vurub. Amma İranla Azərbaycan arasında belə bir problem yaranmadı. Biz nə ticarəti, nə ixracatı bir gün də dayandırmadıq. Ticarət dövriyyəmiz əvvəlki ilə baxdıqda 30 % artıb. Yükdaşımalarında bu artım 62 %-dir. Buna baxmayaraq, tələbat var. Tələbat varsa, biz şərait yaratmalıyıq. Bu gün işlərdən birinə başladıq. Bir ilə bu tikinti başa çatar və daha yaxşı şərait yaranar. İnsanlarımız da daha yaxşı yaşayar, gəlirlərimiz də artar”.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Deputat: “Sizcə, mənim oğlum, ya qızım müxalifətçi ola bilərmi?”

Avropanın “sanksiya fırıldağı”: Almaniya və İtaliya Rusiyadan qaz almaq üçün rublla hesablar açmağa icazə verdi

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdama səfəri başlayıb - Yenilənib

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib - Yenilənib

Gənclər və İdman Nazirliyində qanunsuzluqlar aşkarlandı

Səlim Müslümov müalicə müəssisəsinə köçürüldü

Ölkəni bürüyən “Poz Qazan” fırtınası... - Küçə qumarı dövlət səviyyəsində niyə kimlərinsə monopoliyasına verilir?

Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?

Gömrükdə baş verən özbaşınalıqlara nə vaxt son qoyulacaq? — Səfər Mehdiyev sahibkarları Prezidentə qarşı çevirir - Video

Ən çox oxunanalar