Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Mustafayev Əli Əsədovun birinci müavini təyin olunacaq?

Eyyub Yaqubovun istefaya getsə Şahin mUstafayevin onun postuna keçəcəyi ehtimal olunur...

Prezidentin Əli Əsədovu baş nazir təyin etməsinin ardınca baş nazir müavinlərindən Əli Həsənov və Hacıbala Abutalıbovun təqaüd yaşlarının keçməsi ilə əlaqədar istefa ərizəsi yazmaları Nazirlər Kabinetini xüsusi diqqət mərkəzinə gətirib.

Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovun istefasının prezident İlham Əliyev tərəfindən qəbul edilməsindən sonra baş nazir müavinlərinin sayı ikiyə enmişdi. Baş nazir Əli Əsədov bir neçə gün iki müavinlə-baş nazirin birinci müavini Yaqub Eyyubov və baş nazirin müavini Əli Əhmədovla işləməli oldu. Son 25 ildə ilk dəfəydi baş nazirin müavinlərinin sayı bu qədər az idi.

Təkcə keçən il-2018-ci ilin 11 aprel prezident seçkisindən öncə baş nazirin 6 müavini var idi. Bunlar birinci müavin Yaqub Əyyubov, müavinlər Abid Şərifov, Elçin Əfəndiyev, Əli Əhmədov, Əli Həsənov, İsmət Abbasov idi.

2018-ci ilin 11 aprel prezident seçkilərindən sonra ölkə prezidenti İlham Əliyevin formalaşdırdığı Nazirlər Kabinetində baş nazir müavinlərinin sıralarında dəyişiklik oldu. Belə ki, yeni təyin olunan baş nazir Novruz Məmmədova köhnə baş nazir müavinlərindən Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasovla işləmək qismət olmadı. Prezident onları vəzifədən kənarda saxladı. Abid Şərifovun yerinə Hacıbala Abutalıbov təyin edildi. Digər ikisinin yeri isə boş saxlandı. Beləliklə, 2018-ci ilin aprelindən sonrakı dövrdə baş nazir 4 müavinlə işlədi. Birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Həsənov, Əli Əhmədov, Hacıbala Abutalıbov.

Bu ilin 21 oktyabrında onlardan ikisinin-Əli Həsənov və Hacıbala Abutalıbovun vəzifədən getməsi baş nazir müavinlərinin sayını 2-yə endirdi. Ardınca bir gün sonra prezident İlham Əliyev Şahin Mustafayevi baş nazirin müavini təyin etdi və müavinlərin sayı 3-ə çatdı. Hazırda da baş nazir müavinlərinin sayı 3-dür.

Müavinlər Əli Əhmədov və Şahin Mustafayev aktiv görünsələr də 74 yaşlı birinci müavin Yaqub Eyyubov demək olar ki, gözə dəymir. Bu yaxınlarda onun istefa ərizəsi yazdığı haqda xəbərlər yayılsa da hələ ki rəsmi təsdiqini tapmayıb. Qeyd edək ki, Yaqub Eyyubov 1999-2003-cü illərdə baş nazirin müavini işləyib. 2003-cü ildən baş nazirin birinci müavinidir.

Onun istefasının gerçəkləşməsindən sonra birinci müavin postuna Şahin Mustafayevin gətiriləcəyi ehtimal edilir.(“Yeni Müsavat”)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar