Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahil Babayevin yalan vədi vətəndaşı intihara vadar edir

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında Azətbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi ittiham edən qeydlər yazib.

PUA.az həmin qeydləri təqdim edir:

Hörmətli Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev, dünən 27 yaşlı bir gənc vətəndaş mənə intihar etməmişdən əvvəl son məktubunu yazıb, intihar etdikdən sonra paylaşmağımı xahiş etmişdi. Ona zəng edərək bir müddət səbrli olmağı xahiş etdim.

Həmin gənc hərbi xidmətdə olarkən əlillik qazansa da, əlilliyi 6 il sonra təsdiqlənib, ona öz haqqı olan müavinət və sığorta haqqını verəcəyinizi qəbul zamanı şəxsən demisiniz, amma bu günə qədər ala bilmir, nazirliyinizə müraciət etsə də, məsələ həllini tapa bilmir. Nazirliyinizin şöbə müdiri Elnur Abbasov həmin gənc vətəndaşa deyib ki, bu pozuntu Səlim Müslümovun vaxtında olub, buna görə məsuliyyət daşımırıq, get, Prezident Administrasiyası qarşısında etiraz elə.

Rəhbərlik etdiyiniz nazirlikdə kifayət qədər insan çalışır, başda siz olmaqla hamısı da buna görə ən azından rəsmi maaş alırlar. Mən hələ digər məsələləri demirəm. Zəhmət olmasa, vətəndaşları dinləyin, problemlərini həll edin ki, sizin iş yükünüz və kiminsə intihar etməmişdən əvvəl yazdığı məktubu oxumaq kimi ağır bir yük düşməsin üstümüzə. Həm də dövlət və sizin üçün çox kiçik, amma vətəndaşın haqqı olan bir məbləğə görə bir insanın həyatından olmasının qarşısını alın. (gununsesi.info)

pia.a


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar