Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahil Babayevə cinayət işi açılmalıdır - “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

"Sahil Babayev nazirliyi özünün qardaşı, bacanaqları, qohum-əqrəbası və dostları ilə doldurub”.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saxta əlililik dərəcəsi verildiyini əsas gətirməklə 90 min əlilliyi olan şəxsi bu hüquqdan məhrum etməsinə münasibət bildirərkən, ekspert Cümşüd Nuriyev deyib:

"Başda nazir olmaqla, burada oturanlar təcrübəsi olmayan qeyri-peşəkarlardan ibarətdir. Nazirlikdə həddən çox özbaşınalığa yol verirlər. Ağıllarına nə gəldi, onu da edirlər. Əliliyi kəsilənlərdən biri Ağsuda yaşayan qohumumdur. Anadangəlmə raxid olan Zülfüqarova Məleykə Ağaməmməd qızı 37 ildir ki, pensiya alırdı. Ancaq 37 ildən sonra ƏƏSMN-nin işçiləri onun guya sağlam olduğunu kəşf ediblər”.

Həmsöhbətimiz nazirlikdəki neqativ hallardan söz açıb: "Dünyanın əksər ölkələrində belə bir nazirlik fəaliyyət göstərmir. Pensiya yığımı Dövlət Sosial Müdafiə Fondunda cəmləşməlidir. Qalan işlər isə Səhiyyə Nazirliyinə verilməlidir. ƏƏSMN-nin yaratdığı "Dost mərkəzləri” də başdan ayağa qanunları tapdalayan quruma çevrilib”.

C.Nuriyev sözügedən qurumu diskriminasiyaya yol verməkdə suçlayıb: "15 ildən çox dövlət qulluğunda çalışsam da, 263 manat təqaüd alıram. Biabırçılıqdır. Mənimlə bərabər seçilən başqa deputata isə tamam fərqli münasibət göstərilib. İnsanlara münasibətdə yaradılan bu özbaşınalıq qurumda diskriminasiyanın mövcud olmasından xəbər verir.

ƏƏSMN hazırda Azərbaycan xalqını dövlətin əleyhinə qaldırmaqla məşğuldur. 90 min adam 90 min taledir. Nə ixtiyarınız var ki, həkimlərin verdiyi sənədləri qeyri-qanuni hesab edirsiniz?

Sahil Babayev nazirliyi özünün qardaşı, bacanaqları, qohum-əqrəbası və dostları ilə doldurub. Baş verən olayla bağlı olaraq ona cinayət işi qaldırılmalıdır. Sənin nə ixtiyarın var ki, insanların pensiyasını, yardımını kəsirsən? Bu nazirlikdəki özbaşınalığa son qoyulmalıdır”.(Sfera.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar