Çərşənbə, 03 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Sahil Babayev: "Sabahdan etibarən ödənişlərə başlanılacaq"

"2019-cu ilin yekunlarına əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması, xərclərinin optimallaşdırılması, saxta pensiya və əlillik işlərinin ləğvi nəticəsində yaranan 200 milyon manatlıq ehtiyat bu il sosial ödənişlərin dayanaqlılığına yönəldiləcək"...

PİA.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, aprel və may aylarında sosial sığorta haqlarının yığımında müəyyən azalmaların olacağını gözlənilir:

“Bu, obyektiv səbəblərdən irəli gəlir. Bu azalmalar bizim 2019-cu ildə yığılmış “ehtiyat yastığı" vasitəsilə kompensasiya olunacaq. Vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik və ya problem olmayacaq”.

Nazir xatırladıb ki, mart ayında 2 milyon 300 mindən çox insanın sosial yönümlü ödənişləri Dövlət Sosial Müdafiəsi Fondunun vəsaitləri hesabına vaxtından əvvəl icra olunub: “Hesab edirəm ki, aprel ayında da belə olacaq. Artıq qrafik elan olunub və sabahdan etibarən ödənişlərə başlanılacaq". (Report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Sahil Babayev


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

Bir oğurluq xalçaya villa alan xanım səfir kimdir? - Foto, Video

İcra başçısının 200 minlik yeyintisi aşkarlandı

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

Bu yerlərdə maskadan istifadə edilməlidir - Siyahı

Nazir zərərlə işləyən qurumların adını açıqlayıb

Prezident vergi güzəştləri ilə bağlı qərarı təsdiqlədi

Dərslər tədris ilinin sonunadək dayandırıldı - Sərəncam

"Ev 500 min manata tikilibsə, o demək deyil ki, qiyməti də o qədərdir"

loading...

Ən çox oxunanalar