Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahil Babayev: "Pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanır"

“Avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vasitəsilə 10 min nəfərə elektron qaydada pensiya təyin olunub”

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu ilin əvvəlindən “İşsizin DOSTu” proqramı artıq 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan verib.

O, bu ilin ötən dövründə minimum pensiyaların və minimum əmək haqqının 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını qeyd edib.

S.Babayev qeyd edib ki, sosial təminat sistemi qarşısında dayanan çağırışlara uyğun islahatlar davam etdirilir, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanır.

BSTA-nın Prezidenti Yoakim Bröyer isə qeyd edib ki, sosial təminatın qlobal səviyyədə öhdəliyi yüksək səviyyədə olmayıb: “Avropanın gələcəyi ilə bağlı müzakirə ediləcək məsələlər çoxdur. Bu müzakirələr təkcə sosial təminatının aktuallığı ilə deyil, onun sonu ilə bağlıdır. Sosial təminat sistemi cəmiyyətin, iqtisadiyyatın təməl sütunimuzun təşkil edəcək”.

Yoakim Bröyer vurğulayıb ki, avtomallaşdırma sayəsində iş yerlərinin sayı gələcəkdə azalacaq: “10 ildən sonra hər hansı sosial təminatı ola bilsin ki, təsəvvür edə bilməyək. Dəyişikliyin fonunda mühüm ismarıc da unudulmamalıdır. Digərləri deyil, bizlər, yəni sosial təminat sahəsindəki rəhbər şəxslər bu sahədə araşdırmalar aparmalı, əməli tədbirlər görməliyik. Yeni ideyalar üçün daha da irəli və siyasiləşdirilmiş dünyaya baxmalıyıq. Milliyətçilik deyil, beynəlmiləlçilik prinsiplərinə baxmalıyıq. Çətinliklərə ortaq həll tapmalıyıq”.

Report



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar