Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibsiz müsəlman diyarları: Əlcəzair, Liviya və Sudan

Bu üç ölkənin problemlərinin əsas səbəbləri , islam dünyasının bir çox ölkəsində olduğu kimi, ədalətin olmaması, insanların iradəsinin qəsb edilməsi və resursların bərabər şəkildə bölüşdürülməməsidir

Zekeriya Kurşun

“Yeni Şafak” qəzeti, Türkiyə, 8 aprel 2019-cu il

Yaxın Şərq və Şimali Afrikada başlayan “Ərəb baharı” şiddəti azalmadı, əksinə artmaqda davam edir. Buteflikanın yenidən prezidentliyə namizəd elan edilməsindən sonra Əlcəzair qarışdı. Daha doğrusu, qarışdırıldı. Xalq ayağa qalxdı. Buteflika namizədliyini geri çəksə də, ordudakı bəzi qruplar nəticəni öz xeyrlərinə istifadə etməyə çalışdılar və daxili tarazlıq alt-üst oldu. Halbuki Əlcəzair ordusu son zamanlara qədər Liviyadakı prosesləri izləyirdi və Liviyaya da nisbi sabitlik aşılayırdı.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirin daxil olduğu, həmçinin ABŞ-ın dəstəklədiyi Xəlifə Haftar Əlcəzairin daxili problemlərə adaptasiya olduğunu fürsət bilərək Liviyada yeni bir vətəndaş müharibəsi başlatdı.

Beləliklə, uzun zamandır sabitlik hökm sürən Tripolinin bəzi ərazilərini ələ keçirərək, balansı sarsıtdı. Bu fonda Sudanda Ömər Əl-Bəşirə qarşı olan müxalifət güc qazandı.

Sudanın paytaxtı Xartumda son zamanların ən böyük şouları göstərilirdi. Nümayişçilər Baş Qərargah, Prezident sarayı ərazsisi və Müdafiə Nazirliyinə kimi daxil oldular. Liviyada olduğu kimi, Sudanda da qazanan tərəfin xalq olmayacağı bir duel başladıldı.

Bu üç ölkənin problemlərinin əsas səbəbləri , islam dünyasının bir çox ölkəsində olduğu kimi ədalətin olmaması, insanların iradəsinin qəsb edilməsi və resursların bərabər şəkildə bölüşdürülməməsidir. Lakin problemlərin məlum olması heç də həllini asanlaşdırmır.

Çünki problemlərin mənbəyi yalnız yerli xalqlar arasında paylaşım və ədalət axtarışından ibarət deyil. İqtisadi problemlər, həyat şərtlərinin ağırlığı, iş imkanlarının olmaması, istehsalın çatışmazlığı kimi bir çox səbəblərlə yanaşı, idarəetməsi zəif olan qüvvələrin rəhbərlikdə qalmaq cəhdləri bu ölkələrdə qeyri-sabitliyin yaranmasına şəriat yaradan ən böyük amillərdəndir. Ancaq bundan da böyük problem müasir dövrün təzahürüdür. Eyni xalqlar ənənəvi istehsal üsulları ilə əsrlər boyunca sülh içərisində yaşadıqları halda müasir dövr onları bir-biriləri ilə üz-üzə qoydu.

Bəli. Əlcəzair xalqı azadlıq, Liviya xalqı sülh və güvən, Sudan xalqı isə iş və yemək istəyir. Beləliklə, hamısı birlikdə ədalət istəyirlər.

Halbuki müasir dövrün qabaqcıl hegemon dövlətlərinin bu məsələyə baxışları tamamilə fərqlidir: Bu xalqlar tarix boyu eyni şərtlər altında yaşadılar. Sivil dünyada (!) başqaları üçün normal olan tələbləri onlar haqq etmirlər. Buna görə də ya qədim müstəmləkə zehininin sivilizasiyası(!) layihələri həyata keçirilir, ya da səssiz bir şəkildə zülm dəstəklənir.

Bəs görəsən, bu gedişat tarixdə həmişə olub? Əgər olmayıbsa, nə vaxt və necə başladı?

Əlcəzairdəki hansısa problemin 1830-cu il Fransız işğalından ayrıca götürülməsi mümkün deyil.

Sudandakı heç bir prosesi ingilislərin 1882-ci ildə Misirin işğalından və 1898-ci ildə sudanlı müxalifət lideri “Mehdi rejimi”nə son verildikdən sonra Sudanı ələ keçirmələrini ayrı düşünmək mümkün deyil.

Liviyada yaşananları isə italyanların 1911-ci ildə Böyük Romanı yenidən qurmaq niyyətinə əsasən imperialist ambisiyaların həyata keçirdiyi işğalları unutmaq mümkün deyil.

Sosioloji düşüncə hələ də aktivdir və bu coğrafiya sahibsizdir. Bununla yanaşı, bölgədəki xalqları sözdə mədəniləşdirməyə, tərbiyə etməyə ehtiyac var. Əslində müstəmləkələr əvvəllər bu planları özləri tətbiq etsələr də, indiki şəraitdə aşağı maliyyə ilə böyük qazanclar vəd edən tərəfdaşlar vasitəsilə həyata keçirirlər. Problemin başqa bir cəhəti isə keçmişdə olduğu kimi, mövcud vəziyyətdə də bu ərazilərin açıq və sahibsiz bir coğrafi ərazi kimi qəbul edilməsidir. Beləliklə, işğallardan sonra bölgənin nizamı burada yaşayan məsum xalqların maraqlarına uyğun deyil, beynəlxalq rəqabət və güc balansının tələblərinə uyğun formalaşıb.

Bu günkü müasir düşüncə imperialist məqsəd və müstəmləkəçilik məsələsi baxımından 19-cu yüz illikdən daha cəsarətli və əsasən də qeyri-insanidir. Hətta daha çox əxlaqsızdır.

Bu gün İslam dünyası sahibsizdir. Müsəlman xalqları və bu coğrafiyada yaşayan digər ünsürlərin üz tuta biləcəyi bir sığıncaq yoxdur. Qərbə gedən bütün miqrantların bu cür çarəsizliyə məhkum olmasının səbəbi isə cəllad sevgisindən başqa bir şey deyil.

Sudanda “Mehdi hərəkatı” və ingilislərin Misiri işğal etməsi fonunda İstanbula sığınan bir sudanlının Sultan II Əbdülhəmidə təqdim etdiyi bioqrafiyası belə o çətin günlərin bugünkü günlərdən daha yaxşı olduğunu göstərir.

Osmanlı arxivində yerləşdirilən bioqrafiyaya görə, Sallavi Misir əsilli bir hakimin oğlu olaraq Hartumda dünyaya gəlib. Təhsilini burada tamamladıqdan sonra məhkəmədə qazi vəkili kimi işə başlayıb. Üç illik xidmətdən sonra məhkəmə müfəttişi vəzifəsində bütün Sudanı gəzib. O, Darfur əyalətinə keçmək üçün Misirdən iş missiyasını almağa gedərkən “Mehdi hərəkatı” başlayıb və Sallavi bir daha Sudana geri dönməyib.

“Urabi hərəkatı”nı bəhanə edən ingilislər 1882-ci ildə Misiri işğal etdikdə Sallavi özünü sahibsiz hiss edib və ortada qalıb. Sənəddəki ifadəsi ilə qeyd etsək, "İngilislərin Misirə girməsi nəticəsində əhli-islamın mərkəzi olan Darüssəlama (Sülh yurdu) qaçdı. Yəni, İstanbula gəldi.

Siz bu məqaləni oxuduğunuzda və ya yerli seçki nəticələrinə diqqət yetirərkən Sudanda yeni bir plan tətbiq oluna bilər. Ancaq bilin ki, nəticə dəyişməyəcək. Çünki bu gün bölgə xalqları və müsəlmanlar sahibsizdir.

Tərcümə: Pia.az-ındır

Orjinal

Gülşən ŞƏRİF
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar