Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibsiz itlər sığınacağında bir gün – Foto

“Onlar da qruplara bölünür və hər qrupun öz rəhbəri olur”...

İt – insana sadiq olan iki heyvandan biri hesab olunur. Amma bəlkə, ən acımasız davrandığımız heyvan da itdir. Onları döyür, öldürür, küçəyə atır, işgəncə veririk...

Lakin cəmiyyətimizdə elə insanlar var ki, köpəklərə xüsusi qayğı göstərir, onlara sahib çıxırlar. Rövşən Tahirov da belə insanlardandır. O, 5 ildən artıqdır ki, it sığınacağı yaradıb. Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən həmin sığınacaqda yüzlərlə it saxlanılır. Bir müddət öncə, Ümumdünya Heyvanların Mühafizəsi günü ərəfəsində, AYNA əməkdaşı, “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin baytar həkimləri ilə birlikdə sözügedən sığınacağa baş çəkib...

Avtomobilin səsini eşidən itlər həşirə düşdü. Təxminən, 320 it birdən hürüşməyə başladı. Məhz belə it sığınacaqları yaşayış məntəqələrindən uzaqda yerləşməlidir ki, heç kimə mane olmasın. Axı insanların əksəriyyəti itləri səslərinə görə sevmir.

Sığınacağa daxil olmaq istədik. 10-15 it bizi elə qapıdaca qarşıladı. Quyruqlarını bulaya-bulaya üzərimizə tullandılar. Onların içində cəmi 2-3 aylıq olan bir balaca küçük də var idi. Həmin küçük bir neçə dəqiqə keçmədi ki, gözdən itdi. Gözlərimlə onu axtarırdım. Birdən divarın küncündə uzanan bir itin yanında qısılaraq uzandığını gördüm.

İt xəstə idi. Ağzında ağızlıq vardı. Həkimdən öyrəndim ki, ağ ciyərlərində problem yaranıb və neçə gündür bu vəziyyətdədir. Bu balaca it isə ona pənah gətirib. Hər ikisi bu sığınacaqda yenidir. Bəlkə də yeni sakin olmaları onları doğmalaşdırmışdı... Bəlkə o balaca it onu öz anası hesab edirdi. Kim bilir…

Həkim-baytarlar xəstə heyvana tibbi yardım göstərdilər, ona sistem asdılar. İt dayanmaq istəmirdi. R.Tahirov onu dilə tutdu, başını sığalladı, nəticədə köpək ram oldu.

Qəribə mənzərə idi. İt də xəstə olanda sevgiyə, qayğıya ehtiyac duyarmış. Sistemi asdılar, bir həkim xəstə itin yanında dayandı. Biz isə başqa xəstə itləri müayinə üçün sığınacaqda olan digər yuvalara doğru yol aldıq.

İtlərin bəziləri sərbəst dolaşsa da, əksəriyyəti, 5-6 itlik qəfəslərdə saxlanılırdı. Yuvalara yaxınlaşdıqca itlər qapıya tərəf gəlib bizə tamaşa edirdi. Yuvada 5-6 it olduğundan qapıya yaxınlaşmaq üçün aralarında boğuşurdular.

Sığınacağın sahibi bildirdi ki, burada 300-dən çox it var. Hamısı da özünün küçədən topladığı itlərdir. Amma qəfəsin birində tək qalan böyük çobanitini göstərib dedi ki, onu güllələnməkdən xilas edib: “Sahibi onunla pis davranıb, vurub, döyüb. Çobaniti cinsinə aid olan bu it də axırda sahibini parçalayıb. Onu güllələmək istəyirdilər, mən xəbər tutdum, götürüb gətirdim bura. O, sığınacağa gələndə çox aqressiv idi. Artıq məni tanıyır, mənim komandalarıma əməl edir. Amma hələ də aqressivdir. Düzü, yuvaya yaxınlaşanda onun mənə verdiyi reaksiyadan anladım ki, sahibi ona dərin travma yetirib, hələ də insanlara qarşı aqressivdir”.

Güllələnmək demişkən, sığınacaqda bir güllə yarası alan it də var idi. Xoşbəxtlikdən, güllə dərinə işləmədiyi üçün ölməyib. Həkimlər onu da müalicə etməyə başladılar.

R.Tahirov itlərin bir-biriləri ilə boğuşmasından da danışdı: “Onlar da qruplara bölünür. Hər qrupun öz idarə edəni olur. Amma ümumi bu itləri idarə edən bir it var. O da Qurdbasar cinsindən olan itdir. Elə adı da “Qurdbasar”dır. Cəmi bir yaşı olsa da, bütün itlərdən böyük və güclüdür. Hələ də böyüyəcək”.

Qəfəsə yaxınlaşdıq. Qarşımızda qara rəngdə böyük bir it dayanmışdı. İri pəncələri, ayıya bənzərliyi, zəhmli baxışları insanı vahiməyə salırdı.

Bu arada, balaca küçük də bizim arxamızca gəlirdi. Kim dayanırdısa, ayaqlarına sürtünüb, oynamaq istəyini bildirirdi. Təbii ki, ona sevgi göstərirdik, amma baytarlar işlərinə davam edirdilər.(ayna.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar