Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibkarlara güzəştli kreditlər verilməsi üçün əlavə limitlər ayrıldı

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, iclasda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxılıb və onlara əlavə kredit limitlərinin ayrılması təmin edilib.

Müvəkkil kredit təşkilatları üçün müəyyən edilən kreditlər əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, heyvandarlığın, quşçuluğun, intensiv bağçılığın, istixana komplekslərinin inkişafına, sənaye məhsullarının istehsalı sahələrinin, soyuducu anbar kompleksinin yaradılmasına və s. yönəldiləcəkdir.

Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılmasına və yeni iş yerlərinin açılmasına əhəmiyyətli töhfə verəcəkdir.

Müşahidə Şurasının iclasında Fondun fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi aparılıb və müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurası Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir, eləcə də Fondun vəsaitinin iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə səmərəli yerləşdirilməsi üzrə prioritet istiqamətləri müəyyənləşdirir.

Müşahidə Şurasının sədri İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovdur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar