Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibə Qafarova: "Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq"

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə PİA.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Azərbaycanla Monteneqro arasında əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. Bildirilib ki, bu gün siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız inkişaf etməkdədir. Ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar əlaqələrimizə impuls verib. Dövlətlərimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.

Milli Məclisin sədri bildirib ki, münasibətlərimizin daha da inkişafına parlamentlərimiz özünəməxsus töhfə verməkdədir. Spiker hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təcrübə və qanunvericilik sahəsində informasiya mübadiləsi baxımından önəmli hesab edib. Bildirilib ki, deputatların mütəmadi səfərləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. O cümlədən, parlamentarilərin beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığı məmnunluq doğurur.

Sahibə Qafarova 44 günlük Vətən müharibəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz gücü hesabına əzəli torpaqlarını Ermənistanın işğalından azad etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, uzun illər kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycan tərəfindən həyata keçirilib, ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib. Spiker həmçinin, Ermənistanın 30 illik işğalının nəticələri barədə məlumat verib. Bildirilib ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri aparılır. Biz Qafqazın bu bölgəsində, Azərbaycan Prezidentinin dediyi kimi, müharibədən yox, sülhdən danışmaq istəyirik. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq.

Monteneqro parlamentinin sədri Aleksa Beçiç Azərbaycana səfərindən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, Monteneqro ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətindədir. Qonaq əmin olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı aparılacaq danışıqlar münasibətlərimizin dərinləşməsinə öz müsbət təsirini göstərəcək. O, bütün sahələr üzrə əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar olduğunu söyləyib.

Monteneqro parlamentinin rəhbəri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. Monteneqronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibətilə xalqımızı təbrik edib.

Aleksa Beçiç COVID-19 pandemiyası ilə mübarizədə ölkəsinə göstərilən yardıma görə Azərbaycan tərəfinə öz minnətdarlığını ifadə edib. Belə bir fikir vurğulanıb ki, qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşməsi digər sahələrin də inkişafına öz müsbət təsirini göstərir.

Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, deputatların beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığı və dəstəyin davam etdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar