Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sağlıq durumundan siyasi divident qazanmaq üçün...” - Deputat Tofiq Yaqublu haqda danışdı

Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabər məsuliyyət daşıyır. Eyni zamanda, ölkəmizdə insan hüquqlarının qorunması tam təmin edilib. Dövlətimizin siyasətində bu amillər müstəsna yer tutur”.

PİA.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Cavid Osmanov bildirib ki, son vaxtlar radikal müxalifət sosial şəbəkələr vasitəsilə Tofiq Yaqublunun həbsi ilə bağlı süni ajiotaj yaratmağa çalışır. Onun sözlərinə görə, radikalların belə bir cəhdi qəbulolunmazdır. Çünki T.Yaqublu konkret faktlar və əməllər əsasında məsuliyyətə cəlb edilib. Bu səbəbdən də, bu hadisənin siyasiləşdirilməsi yolverilməzdir. Əgər biz ölkədə qanunun aliliyindən danışırıqsa, burada siyasi spekulyasiyalara yol verilməməlidir.

“Digər tərəfdən, müəyyən dairələr T.Yaqublunun səhhəti ilə bağlı da yanlış rəy formalaşdırmağa çalışırlar. Məlumdur ki, o, səhhəti ilə əlaqədar olaraq xəstəxanaya köçürülüb və T.Yaqublunun vəziyyəti həm müvafiq dövlət qurumlarının, həm ombudsmanın, həm də hüquq müdafiəçilərinin monitorinqi altındadır. Əlbəttə ki, onun sağlamlığına qovuşmasını arzu edirik və bunun üçün lazımi addımlar atılır. Amma T.Yaqublunun sağlıq durumundan indiki halda siyasi divident qazanmaq üçün istifadə edilməsi nə siyasi mədəniyyətə, nə də əxlaqa uyğun deyil. Bilirsiniz ki, son illər ölkəmizdə həyata keçirilən hüquq islahatlar cinayət hüququnun humanistləşdirilməsini də özündə ehtiva edir. Bu istaqamətdə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Azərbaycan dövlətinin siyasətində də humanizm mühüm yer tutur. Bu baxımdan, humanizm siyasəti davamlıdır və dönməz prosesdir” - deyə, deputat qeyd edib.(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar