Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sağlamlıq və reklam: TV-lərdə anormal tibb verlişlərinə nə vaxt son qoyulacaq?..

Məsələnin anormal tərfi isə odur ki, telekanallar pulunu ödəyən hər kəsi efirə çıxarır. Kimliyindən və peşəkarlıq, həmçinin təcrübəsindən asılı olmayaraq...

Mütəxəssis: “Televiziyalardakı çıxışların hamısının məqsədi və “fəlsəfəsi” insanlardan pul qoparmaqdır”

“Savadlı və peşəkar həkimin televiziyada heç bir reklama ehtiyacı yoxdur”

Bu sözləri tanınmış həkim Faiq Məmmədli televizilarda reklam xarakterli tibb və sağlamlıq verilişlərinin ziyanlarını şərh edərkən PİA.az-a açılamasında bildirib.

Qeyd edək ki, son illər televizoya kanallarında tibb və sağlamlıq verlişləri kütləvi xarakter almaqdadır. Məsələnin anormal tərfi isə odur ki, telekanallar pulunu ödəyən hər kəsi efirə çıxarır. Kimliyindən və peşəkarlıq, həmçinin təcrübəsindən asılı olmayaraq... Həmin həkimlərin böyük bir hissəsi isə savadsız və qeyi peşəkar olurlar ki, bu da Azərbaycan efirində xaosun olmasının açıq göstərcisi kimi qəbul olunmalıdır. Söhbət ondan gedir ki, istənilən həkim özünü reklam etmək məqsədi ilə telekanala pul ödəyir və efirə çıxıb özünüreklamla məşğul olur.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı tanınmış həkim, uzun illər səhiyyə sistemində müxtəlif vəzifələr daşıyan Faiq Məmmədlinin fikirlərini öyrənib.

Faiq Məmmədli: “Televiziyada çıxış edən həkimlər bunun üçün hüquqi sertifikat almalıdırlar”

Problemin ciddiliyini qeyd edən Faiq Məmmədli PİA.az-a verdiyi açıqlamada bildirib ki, televiziyada gedən tibb verlişləri adı altında bəzi savadsız danışıqlar, verilən məsləhətlər ictimai təhlükə yarada bilər:

“Dünya təcrübəsində müalicə həkimliyi, tibbi yardım göstərmək başqa məsələdir, geniş ictimaiyyətə xəstəliyin mahiyyəti barədə məlumat vermək isə tamamilə başqadır. Bu baxımdan, dünya təcrübəsinə əsasən, televiziyada çıxış edən həkimlər bunun üçün hüquqi sertifikat almalıdırlar.

Televiziyada gedən tibb verlişləri adı altında bəzi savadsız danışıqlar, verilən məsləhətlər ictimai təhlükə yarada bilər. Çox təəssüf ki, bizim televiziyalarda xəstəliklər barədə çıxış edən həkimlər ola bilər ki, müalicə prosesini bilirlər, lakin geniş ictimaiyyətə, o cümlədən tibb elmi və səhiyyə barədə məlumatı olmayan, hər hansı bir xəstəyə onun xəstəliyi haqqında məlumat vermək isə başqa bir şeydir. Bu fərqi başa düşmək lazımdır.

Mən televiziyalarda nümayiş etdirilən sağlamlıq verlişlərinə baxdıqda görürəm ki, qeyri-peşəkar şəxslərin reklamını etmək təcrübəsi geniş yayılmaqdadır. Əslində isə savadlı və peşəkar həkimin televiziyalarda heç bir reklama ehtiyacı yoxdur.

Faiq Məmmədli: “Televizilarda qeyri-peşəkar şəxslərin reklamını etmək təcrübəsi geniş yayılmaqdadır”.

Burada başqa bir məsələ də var. Ciddi terminologiyadan, ciddi jurnalistikadan, həmçinin, geniş ictimaiyyətin başa düşdüyü tərzdə xəstəliklərin mahiyyətinin çatdırılması üçün ən azı təkmilləşmə kursunu keçmək lazımdır. Həmçinin, səhiyyənin təşkili və idarəedilməsi üzrə müəyyən bilik və bacarıqlara malik olmalıdırlar.

Bundan əlavə o televizilarda uzman olaraq təqdim olunanlar bəzən dərmanların adlarını belə düzgün deyə bilmirlər. Amma bizim televiziyalarda həkimlər sağlamlıq proqramına çıxan həkimlərimiz bəzən tamaşaçılara diaqnoz belə qoyurlar. Efirdə müayinələr də aparırılar. Bunlar populist çıxışlardan və özünüreklamdan başqa bir şey deyil.

Digər bir məsələ isə odur ki, heç bir televiziyada xəstələrin hüquqları barədə, məsələn, uşaqların, hamilə qadınların hüquqları barədə məlumat verilmir. Bəs sabah efir vasitəsi ilə məsləhət alan xəstənin sağlamlığına ziyan dəysə, bunun məsuliyyətini kim daşıyacaq? Televizilarmı, yoxsa hamıya məsləhətlər verən reklamçı həkimlərmi?

Faiq Məmmədli: “Bu yaxınlarda tanınmış telejurnalist Mirşahin Ağayev sosial şəbəkələrdə belə bir çağırış elan edib ki, təcili yardım stansiyaları “düşmənlərin”, yəni müxalifətçilərin çağırışını qəbul etməsinlər. Mirşahin Ağayevin bu çıxışı çox qorxulu, ictimai təhlükəli və hətta, cinayət xarakterli bir çağırışdır”.

Dövlət səhiyyə müəssisəsinə müraciət edənlər üçün bütün xidmətlər pulsuzdur. Lakin televiziyalardakı çıxışların hamısının məqsədi və “fəlsəfəsi” insanlardan pul qoparmaqdır. Yəni özəl klinikalar bu yolla müştəri cəlb etməklə məşğul olurlar. Eyni zamanda özəl klinikalar başqa yollarla da müştəri cəlb edirlər. Xüsusən dövlət xəstəxanalarında çalışan həkimlər vasitəsi ilə özlərinə müştəri kontingenti formalaşdırırılar.

Bu yaxınlarda tanınmış telejurnalist Mirşahin Ağayev sosial şəbəkələrdə belə bir çağırış elan edib ki, təcili yardım stansiyaları “düşmənlərin”, yəni müxalifətçilərin çağırışını qəbul etməsinlər. Mirşahin Ağayevin bu çıxışı çox qorxulu, ictimai təhlükəli və hətta, cinayət xarakterli bir çağırışdır. İnsanlara, vətəndaşlara bu şəkildə yanaşma olmaz ki...

Bu, həkimləri cinayətə sürükləyən və cəmiyyətdə qarşıdurma yaradan, nəinki jurnalistə, ümumiyyətlə, insana yaraşmayan bir açıqlamadır. Necə ola bilər ki, təcili yardım stansiyası ölümlə üzbəüz qalan, məsələn, avtoqəzada imdad diləyən insanın çağırışı qəbul etməsin?

Özünü guya məşhur jurnalist hesab edən bir şəxsin açıqlaması çox qorxulu bir tendensiyadan xəbər verir. Əgər həkimlər çağırışı qəbul etməsələr və yerinə yetirməsələr, bu, cinayət məcəlləsinin 143-cü maddəsini - istənilən çağırış qəbul edilməlidir - pozmaq mənasına gəlir.

Yaxşı olardı ki, televiziyalarda xəstələrin hüquqları barədə verlişlər hazırlansın. Onların hüquqları başa salınsın və marifləndirmə işləri aparsın. Mən hesab edirəm ki, efir vasitəsi ilə insanları müalicə eləmək, onlara məsləhətlər vermək kökündən yanlış bir işdir. Bir misal göstərim, Türkiyə televiziyası onkoloji xəstələrin, vərəm və ya digər xəstəliyi olanların haralara müraciət etməli olduqları, həmin yerlərdə xidmətin hansı səviyyədə olması və ödənişli olub olmaması haqqında məlumat verir. Bu normaldır.

Faiq Məmmədli: “Azərbaycan televiziyalarında verilən sağlamlıq verilişlərinə qarşı MTRŞ tərəfindən münasibət tamamilə dəyişməlidir”.

Qeyd edim ki, insan hüquqları kateqoriyasında sağlamlıq hüququ təbii, anadangəlmə, fundamental hüquqlar kateqoriyasına daxildir və toxunulmazdır. Bu, yeganə hüquqdur ki, hər kəsə aiddir. Yəni digər hüquqlar hər kəsi əhatə etməyə bilər, amma sağlamlıq hüququnun televiziyada işıqlandırılması daha zəruridir, nəinki xəstəliklər barədə geniş ictimaiyyətə məlumat vermək. Çünki xəstəliyi olan şəxs müayinə olunmalıdır, diaqnoz qoyulmalı və bundan sonra ona resept yazılmalıdır.

Uzunmüddətli təcrübəli, səhiyyədə rəhbər vəzifələrdə çalışan bir şəxs kimi dünya təcrübəsinə istinadən deyə bilərəm ki, indiki Azərbaycan televiziyalarında verilən sağlamlıq verilişlərinə qarşı MTRŞ tərəfindən münasibət tamamilə dəyişməlidir. Çünki belə çıxışların aparılması düzgün deyil və MTRŞ onlara televiziyada sağlamlıq və səhiyyə barədə çıxış etmək haqqında sertifikat verməlidir. Bunun isə diplomla heç bir əlaqəsi yoxdur”.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar