Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şagirdlərin çanta yükünü necə azaltmaq olar?...

Təhsil eksperti: “Dərsliyin çəkisinin azaldılması istiqamətində hesab edirəm ki, atılmalı ən zəruri addımlarrın biri odur ki, dərsliklər hər bir şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qalsın və şagirdlər çantalarında dərslik daşımasınlar”

“Təəssüflər olsun ki, bu gün müəllimlərin əksəriyyətinin adi kompüterdən istifadə bacarıqları çox aşağı səviyyədədir. Belə bir problemin olduğu müddətdə, bu layihə qısa müddətdə ölkənin bütün orta məktəblərinə tətbiq olunsa da effekti olmayacaq”.

Bu söləri təhsil eksperti Kamran Əsədov uşaqların dərslik yükünü azaltmaq üçün istifadə ediləcək pilot layihəni PİA.az-a şərh edərkən qeyd edib.

Ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərdə pilot layihə şəklində istifadəyə veriləcək "Azərbaycan dili” və "Riyaziyyat” dərslikləri, biri digərinin davamı olaraq 2 hissəli şəkildə tərtib edilib. Bu dərsliklən I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub.

Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva bildirib ki, Azərbaycanda I sinfə gedən şagirdlərin çantasında olan kitablar cəmi 1 kiloqram 200 qram təşkil edir. Bu isə beynəlxalq standartlara tam uyğundur.

Onun sözlərinə görə, müəllim və valideynlər ağır dərslik problemini birlik də həll edə bilərlər. Bunun üçün dərsliklər sinif otağında qala bilər və şagirdlər evdə elektron vəsaitlərdən istifadə etməklə tapşırıqları yerinə yetirə bilər.

Uşaqların dərslik yükünü azaltmaq üçün bu üsul yetərlidir və bu yenilik uşaqların dərslərdən yorulmamasını təmin edəcəkmi? Yoxsa bu sadəcə daha çox dərslik satıb daha çox qazanmaq məqsədi daşıyır? Həmçinin hər bir uşağın evdə elektron vəsaitdən istifadə etmək imkanının olması mümkündür?

Mözunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla müakirə edib.

Kamran Əsədov: “Dərsliklərdə ancaq lazımi məlumatlar, biliklər yazılsın, əlavə, lazımsız mövzulara ehtiyac yoxdur”.

Uşaqlar elektron dərslikləri planşetin köməkliyilə oxuyacaqlarını qeyd edən təhsil eksperti PİA.az-a açıqlamasında əlavə edib ki, mütəxəssislər tərəfindən həmin planşetlərə müəyyən qadağa və məhdudiyyətlər qoyulacaq. Bu qadağalar planşetlərin internetə çıxışı zamanı yalnız elektron dərsliklərdəki informasiyanı öyrənməsini təmin edəcək:

Təhsil Nazirliyi nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Bu olduqca müsbət bir addımdır. Çünki şagirdlərin daşıdıqları çantalar həqiqətən də çox ağırdır. Çantanın ağır olmasına 4 amil təsir göstərir:

1. Çantanın özünün çəkisi;
2. çantaya qoyulan dərsliklər;
3. çantaya valideyinlər tərəfindən qoyulan qida, su ehtiyatı;
4. köməkçi və əlavə dərs vəsaitləri, ləvazimatları.

Rəsmi olaraq I sinfin 5 kitabı var, onların çəkisi 1 kiloqram 145 qramdır. İş dəftərləri ilə birlikdə isə bu çəki 2 və ya 3 kiloqrama yaxın olur. Amma bu rəqəm rellığı əks etdirmir.

Kamran Əsədov: “Şagirdlərin daşıdıqları çantalar həqiqətən də çox ağırdır”.

Kitabın yüngülləşdirilməsi hansı formada həyata keçirilə bilər:

1. Dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər. Amma b olduqca təhlükəlidir. Çünki yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan da sərfəli olmaz. Mütləq şəkildə dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlanmalıdır.

2. Dərsliyin yazı şiriftlərini kiçiltməklə həcminin azaldılması. Bundan ümumiyyətlə istifadə etmək olmaz. Onsuzda orta məktəbləırdə təhsil alan şəgirdlərin 65 faizində görmə problem var və bu və addımın atılamsı daha ciddi fəsadlar yarada bilər.

3. Dərsliyin həcminin azaldılması üçün paraqraf daxilində abzasların silinməsi. Bu da fikirlər arasında əlaqəni itirə bilər və dərsliyin məzmunu yoxa çıxa bilər.

Dərsliyin çəkisinin azaldılması istiqamətində hesab edirəm ki, atılmalı ən zəruri addımlarrın biri odur ki, dərsliklər hər bir şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qalsın və şagirdlər çantalarında dərslik daşımasınlar.

İkincisi dərsliklərdə ancaq lazımi məlumatlar, biliklər yazılsın, əlavə, lazımsız mövzulara ehtiyac yoxdur.

Düzdür, hər kəs fikirləşir ki, uşağa planşet verilsə, onlara sərbəstlik veriləcək ki, internetdə istədiyi videoya baxsın, yaxud bütün günü oyun oynasın. Əslində bu, heç də belə deyil. Həmin planşetlər uşaqların müəyyən informasiyalardan yararlanması üçün nəzərdə tutulub. Bu gün elektron dərslik layihəsi həyata keçirilir. Bu planşetlər imkan verəcək ki, uşaqlar elektron dərslikləri planşetin köməkliyilə oxuya bilsin. Mütəxəssislər tərəfindən həmin planşetlərə müəyyən qadağa və məhdudiyyətlər qoyulacaq. Bu qadağalar planşetlərin internetə çıxışı zamanı yalnız elektron dərsliklərdəki informasiyanı öyrənməsini təmin edəcək.

Kamran Əsədov: “Dərslik kitabları uşaqların yalnız evdə oxuması üçün nəzərdə tutulub. Uşaqlar məktəbə ağır kitablar əvəzinə planşet aparacaqlar”.

Heç kim inkar etmir ki, bu gün ucqar dağ kəndlərində internetə çıxış baxımından ciddi problemlər var. Planşetlərdəki materiallar isə sürətli internet tələb edir. Həmçinin, həmin planşetlərin texniki servis müəssisələri də kifayət qədər azdır. Rayonlarda texniki xidmət göstərə biləcək şərait yoxdur. Ona görə də bu üç il ərzində texniki baza formalaşdırılacaq. Təəssüflər olsun ki, bu gün müəllimlərin əksəriyyətinin adi kompüterdən istifadə bacarıqları çox aşağı səviyyədədir. Belə bir problemin olduğu müddətdə, bu layihə qısa müddətdə ölkənin bütün orta məktəblərinə tətbiq olunsa, effekti olmayacaq.

Şagirdlər məktəbə dərs kitablarını aparıb-gətirmirlər. Dərslik kitabları uşaqların yalnız evdə oxuması üçün nəzərdə tutulub. Uşaqlar məktəbə ağır kitablar əvəzinə planşet aparacaqlar. Onlar evdə oxuduqları dərslikləri dərsdə planşet vasitəsi ilə nəzərdən keçirəcəklər. Ümumilikdə, bütün bunlar uşaqların yükünün azaldılması üçün nəzərdə tutulub. Həmin planşetlərə müəyyən məhdudiyyətlər tətbiq edilsə və normal qaydada istifadəsi təmin olunsa, ən əsası, müəllim kontingenti bu sistemə uyğunlaşdırılsa, təhsildə müsbət nəticələr əldə etmək olar.

Kamran Əsədov: “Bu gün ucqar dağ kəndlərində internetə çıxış baxımından ciddi problemlər var. Planşetlərdəki materiallar isə sürətli internet tələb edir”.

Son illlərin göstəricisinə əsasən, bir çox orta məktəblərdə informasiya kommunikasiya texnologiyalarının tədrisdə tətbiqinə geniş yer verildiyi göz önündədir. Məktəblərdə kompüterləşmə, ən əsası da hər uşağa bir kompüter və planşetlərin verilməsi prosesi birdən deyil, addım-addım gedən prosesdir ki, bu günə kimi də həmin proses davam edir. Yəni artıq bu avadanlıqlarla təchiz edilmiş bir sıra pilot məktəblərimiz var. Bu hal birdən- birə olmur, tədricən baş verib və davam olunur.

Müasir tədrisdə yeniliklər sayəsində təlimdə də inkişafa doğru gedən sürətli bilik öyrənmə prosesi yaranıb. Şagirdlər biliklərinin artırılması üçün planşetlərdən istifadə edərək, mövzuları daha asan və daha yaddaqalan səviyyədə mənimsəyirlər. Dərslərin internetin köməkliyilə keçirilməsinin də bir sıra üstün cəhətləri vardır. Misal üçün, mövzuya dair verilən tapşırıqların yerinə yetirilməsində, əlavə maraqlı məlumatların alınmasında, onlayn testlərin yerinə yetirilməsində, onlayn şagird nəzarəti və şagird nailiyyətlərinin qiymətləndirilməsində internetin rolu əvəzsizdir.

Hal hazırda artıq Gürcüstan höküməti bu layihəyə keçid edib. Bu ciddi şəkildə vəsaitə qənaət etmək deməkdir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar