Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şagirdə bu şansı verməmək ağır cinayətdir” - Ekspertdən etiraz

Təhsil eksperti: “IX və XI siniflərin attestatına 2 qiyməti yazmaq absurdur. Çünki şagird 2-ci yarımildə qiymətini düzəldə bilərdi. Ona bu şansı verməmək ağır cinayətdir”

“Hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdlər qiymətlər yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov Birinci yarımilin qiymətinin bütün tədris ilinə hesablanmasını PİA.az-a şərh edərkən qeyd edib.

Təhsil Nazirliyindən bildirilib ki, “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib. Qaydaya əsasən şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilib.

Əlavə olaraq bildiririk ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən tənzimlənir

Birinci yarımilin qiymətinin bütün tədris ilinə hesablanması narazılıq yarada bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Təhsil Nazirliyi mövcud problemdən az zərərli çıxmaq üçün kifayət qədər ədalətli qərar çıxarıb”.

3 martdan etibarən orta məkrəblərdə dərslərin dayandığını və şagirdlərin müəyən hissəsinin tədris prosesindən kənarda qaldığını bildirən təhsil eksperti PİA.az-a açıqlamasında əlavə edib ki, buna görə də qəbul edilmiş qərar olduqca ədalətlidir:

Təhsil Nazirliyi tərəfindən verilən qərara görə I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır. Amma II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir. Yəni şagird I yarım ildə hansı qiyməti alıbsa, II yarim ildə və illikdə də ona həmən qiymət yazılır. Hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdlər qiymətlər yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər.

Təbii ki, bu təkcə 2 qiymət alanlara aid deyil. Eyni zamanda hər hansı fənn üzrə illik qiyməti "3" və ya “4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (qiymətlər yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər.

Nəzərə alsaq ki, 3 martdan etibarən orta məkrəblərdə dərslər dayanıb və şagirdlərin müəyən hissəsi tədris prosesindən kənarda qalıb. Buna görə də qəbul edilmiş qərar olduqca ədalətlidir. Belə ki, şagirdlərin müvəffəqiyyət göstəricisi I yarım ildə daha yüksək olur.

Kamran Əsədov: “Şagirdlərin biliyi müvafiq olaraq nəticələri 100 ballıq şkala ilə ölçüləcək ki, bu zaman onlar cavabları əsasında topladıqları bala uyğun qiymət alacaqlar”.

Qeyd edim ki, qiymətindən narazı olan şagirdlər üçün Məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə olunmaql keçiriləcək ki, bu da olduqc ədadlətlidir. Şagirdlərin biliyi müvafiq olaraq nəticələri 100 ballıq şkala ilə ölçüləcək ki, bu zaman onlar cavabları əsasında topladıqları bala uyğun qiymət alacaqlar.

Pandemiya dövrü əlbətdə ki, təhsil sisteminə təsirsiz ötüşmədi. Təhsil Nazirliyi mövcud problemdən az zərərli çıxmaq üçün kifayət qədər ədalətli qərar çıxarıb. Nəzərə alsaq ki, hal-hazırda tele-dərslər, virtual məktəb layihəsi həyata keçirilir, şagirdlər üçün təhsilin əlçatanlılığı təmin olunub. Onlar üçün isə məktəb daxili qiymətləndirmədəki güzəştlər isə daha da xoşməramlıdır.

Amma IX və XI siniflərin attestatına 2 qiyməti yazmaq absurdur. Çünki şagird 2-ci yarımildə qiymətini düzəldə bilərdi. Ona bu şansı verməmək ağır cinayətdir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar