Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şagird həm Bakıda, həm ABŞ-da təhsil alır – Misilsiz saxtakarlıq

Bakı şəhəri 53 nömrəli məktəbdə ötən dərs ilində IX sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirir...

PİA.az bildirir ki, bu barədə Oxu.Az-a daxil olan məlumatda qeyd edilib.

İddiaya görə, buna baxmayaraq, onun adı 53 nömrəli məktəbin X sinif şagirdi kimi saxlanılıb. Şagirdin adı I yarım ildə sinif jurnalında yazılaraq davamiyyəti qeyd edilib.

Məktəbin direktoru Firəngiz Həmidova bunun ciddi saxtakarlıq, hətta cinayət tərkibli olduğunu bilsə də, şagirdin “kağız üzərində təhsil almasına” şərait yaradıb.

Məlumatda qeyd edilib ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən faktla bağlı araşdırmalara başlanılıb. Bu araşdırma hələ başa çatmasa da, saxtakarlığın qarşısını alıblar.

F.Həmidova bu işdən “qurtulmaq” adı altında bütün müəllimlərdən adam başına 150-200 manat yığıb. Bir sözü iki olmayan direktorun bu yığım reydi halal əməkhaqqı ilə dolanan müəllimləri özündən çıxarıb və hadisə ictimailəşib.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan saytın sorğusuna cavab olaraq bildirilib ki, şagirdin həm ABŞ-da, həm də Bakıda təhsil alması faktı aşkarlanıb:

Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə aparılan araşdırma zamanı məktəbin ötən tədris ili məzunu (IX sinif), ABŞ-da təhsil aldığı bildirilən N.Bayramlının adının məktəbin sinif jurnalında qeyd olunması (X sinif şagird kontingentinə daxil edildiyi üçün) və qiymətləndirmə aparılması faktı aşkar edilib.

Ölkə hüdudlarından kənarda olan N.Bayramlının adının müvafiq qaydalara zidd olaraq məktəbin sinif jurnalında qeyd olunmasının və qiymətləndirilməsinin yolverilməz olduğu nəzərə alınaraq, fakt müvafiq qaydada rəsmiləşdirilib”.

“Fakt bütün təfərrüatına dair Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma davam edir.

Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”, - deyə qurumdan qeyd edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar