Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şadlıq saraylarında kondisioner işləyəcək?

Nazirlər Kabineti yanında Operativ Qərargahın şənlik mərasimlərinin keçirilməsi ilə bağlı qərarı ötən gündən bəri sosial şəbəkələrdə geniş müzakirə olunur.

COVID-19 pasportu və maska qadağası ilə yanaşı, şənlik mərasimlərində kondisionerlərin işləyib-işləməyəcəyi ilə bağlı məsələ də müzakirə mövzusudur. İzləyicilər havaların çox isti keçdiyi bir vaxtda kütləvi toplaşılan məkanlarda kondisioner və havalandırma sisteminin işləməyəcəyindən narahat olduqlarını qeyd edirlər.

PİA.Az bildirir ki, "Qafqazinfo" bu məsələ ilə bağlı yaranan anlaşılmazlığa aydınlıq gətirməyə çalışıb. Məlum olub ki, 2021-ci ilə aid "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də kondisioner və havalandırma sistemindən istifadəyə qadağa qoyulması ilə bağlı məlumat yoxdur.

Müzakirənin haradan qaynaqlandığı ilə bağlı dolğun cavab ala bilmək üçün Nazirlər KabinetiQida Təhlükəsizliyi Agentliyinə müraciət etsək də, ətraflı açıqlama ala bilmədik. Lakin Səhiyyə Nazirliyindən də metodiki göstərişlərdə ictimai iaşə müəssisələrində ventilyator və sərinkeşlərdən istifadəyə qadağa qoyulması ilə bağlı məlumat olmadığı bildirildi.

Xatırladaq ki, builki göstərişlərdə olmasa da, Səhiyyə Nazirliyinin ötənilki metodiki göstərişlərində kondisioner və havalandırma sistemlərinin texniki baxışının vaxtında həyata keçirilməsini, ventilyatorlardan və sərinkeşlərdən istifadə edilməməsinin təmin edilməsi nəzərdə tutulurdu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar