Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şadlıq saraylarında işləyənlərin aqibəti necə olacaq? - Video

Şadlıq evlərində mart ayının 15-dən başlayan fəaliyyətsizliyin hələ nə qədər davam edəcəyi sual altındadır...

Mart və aprel aylarına nəzərdə tutulmuş toy məclisləri iyun ayına təxirə salınsa da, bunun da baş tutacağı qeyri-müəyyəndir. Sahibkarların isə gözləməkdən başqa çarələri yoxdur.

Baku.Tv-nin hazırladığı reportajda restoran inzibatçıları bildirir ki, gələn qonaqlar ancaq beh verərək gedirlər.

“Mart ayını atmışıq aprel ayına, apreli atmışıq iyuna, iyun ayına da hələ bir cavab deyilməyib” – inzibatçı bildirir.

“Demək olar ki, müflisləşmə dərəcəsinə gəlib çıxırıq” - digər inzibatçı qeyd edir.

Toyların olmaması təkcə sakibkarlar yox, buradan evinə çörək aparan onlarla işçini də çətin vəziyyətdə qoyub. Nəzərə alsaq ki, bu müəssisələrdə çalışanların əksəriyyəti muzdlu işçi sayılır, ona görə də həmin şəxslərə iki ay ərzində heç bir maaş verilməyib.

İqtisadçı ekspertlərin sözlərinə görə, şadlıq saraylarında işləyənlərin maddi təminatı pandemiya dövründə bir neçə istiqamət üzrə tənzimlənir. Ya əmək müqaviləsi əsasında, ya vergi ödəyicisi kimi, ya da işsiz kimi qeydiyyatdan keçməklə... Qeydiyyatdan keçib rəsmi fəaliyyət göstərirlərsə və onların işçiləri əmək müqaviləsi ilə çalışırlarsa, onlara aprel,may aylarında İqtisadiyyat Nazirliyinin xətti ilə yardım olunub.

Düzdür, bu müəssisələrin fəaliyyətinin nə zaman bərpa olunacağı hələ dəqiq deyil. Amma nəzərə almaq lazımdır ki, bu bəla təkcə ölkəmizdə yox, bütün dünyada davam edir. Bununla belə, pandemiyadan ən az ziyan görən ölkələrdən biriyik. Ümid edək ki, bu müvəqqəti problemlərin də tez bir zamanda həllinə nail olacağıq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar