Çərşənbə, 21 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Şadlıq evlərində toy eləmək daha mümkün deyil” - Deputat

Azərbaycanda toyların formatı dəyişməlidir. Artıq həmişəlik bu qaydalar qəbul olunmalıdır. Əvvəlki dövrlərdə olduğu kimi 300-400, hətta 1000 nəfərlik toy mərasimlərinin keçirilməsi düzgün deyil".

Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-a müsahibəsində deyib.

Deputat bildirib ki, eyni zamanda ölkədə toyların formatı da nisbətən sadə bir tərtibə keçməlidir: "Sadə tərtibdə toyların keçirilməsi mümkün ola bilər. Amma şadlıq evlərində kütləvi və təntənəli toyların keçirilməsi mümkün deyil".

M.Quliyev Qardaş Türkiyəni misal çəkərək qeyd edib ki, oranın bəzi şəhərlərində toyların keçirilməsi ilə bağlı qərar verildi: "Amma burada qısa saat müddətində toyun baş tutması şərt kimi qoyuldu. Eyni zamanda bu tip toylarda yemək-içmək və müxtəlif təamların da verilməsi qadağan edilmişdi. Sonradan yoluxmada artım olduğuna görə onu da qadağan etdilər. Ona görə də bundan sonra ölkəmizdə toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar".

Deputat vurğulayıb ki, toyların keçirilməməsinin demoqrafik vəziyyətə bir o qədər də təsiri olmayacaq: "Çünki statistikaya əsasən uşaqların 70 faizi evliliyin ilk ilində deyil, sonrakı illərində dünyaya gəlir. Digər tərəfdən toyların qadağan edilməsi o demək deyil ki, insanların ailə qurmasına da məhdudiyyət qoyulub. İnsanlar yenə də öz ailə həyatlarını qura, ailə şənliyi şəkilində də toy mərasimlərini keçirə bilərlər. Əslində bu addımları daha çox təbliğ etmək və stimullaşdırmaq lazımdır".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Artsrun Ovannisyandan məğlubiyyət anonsu: "Dünya ölkələri, Rusiya bizə yardım etməlidir, uduzduq"

Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi?

"Ermənilər unutmasınlar ki, ən güclü hərbi birləşməmiz İrəvanın 40 kilometrliyindədir..."

Hərbi formada çəkdirdiyi şəkil başına bəla oldu - Fotolar

Azərbaycan dünya hərb tarixində yeni səhifə açdı - Belə savaş olmayıb

Şəxsən Şuşan Stepanyan üçün: bax, gör erməni ordusu odda necə yandı

Qarabağ: Türkiyə və Rusiyanın vəziyyətə uyğun tərəfdaşlığı

Paşinyanın qızı: “Xəyallarımız puç oldu…”

Tural Müseyibov vəzifəsindən azad edildi - Səbəb

loading...

Ən çox oxunanalar