Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şadlıq evləri iyunda fəaliyyətə başlayacaq – Yerlər tutulub

Mart ayının 14-dən etibarən pandemiya səbəbi ilə ölkədə bütün kütləvi tədbirlər, o cümlədən toy-nişan mərasimləri təxirə salınıb...

İki aydır ki, kiminsə evindən “Vağzalı” səsi eşidilmir. Mövcud durumdan isə ən çox zərər çəkən heç şübhəsiz ki, şadlıq saraylarıdır.

Maraqlıdır, indi şadlıq sarayları yay ayları üçün sifariş qəbul edirmi? İnsanlar necə, yaya toy planlaşdırırmı?

Bu suallarla Bakıda yerləşən şadlıq saraylarına müraciət edilib.

“İmperial” şadlıq sarayından deyiblər ki, artıq iyun ayı üçün boş gün qalmayıb: “Aprel-may ayının toyları təxirə salındığı üçün bütün mərasimləri növbəti aya keçirmişik. İyun ayının 1-dən 30-dək bütün günlər bron edilib. Aprel ayında 22 toy təxirə salındı. İyul ayı üçün də sifarişlər çoxdur, həmin ay üçün cəmi 7 gün boş qalıb”.

“Yeganə” şadlıq sarayından bildiriblər ki, camaata yalandan söz verməyin mənası yoxdur: “Toy-nişan mərasimləri üçün müraciət daxil olur, amma biz qəbul etmirik. Çünki kiməsə yalandan söz verə bilmərik ki, iyun-iyul ayında mütləq toy mərasiminizi təşkil edəcəyik. İndi vəziyyət elədir ki, qərarsız qalmışıq”.

“Su Sonası” şadlıq sarayından deyiblər ki, həm müraciət edənlər tərəddüdlüdür həm də onlar: “Müraciətlər olur, amma kiməsə dəqiq cavab verə bilmirik. Mart-aprel ayına toy etmək istəyənlər var idi ki, indi onlar həmin mərasimləri iyun-iyul ayına keçirmək istəyirlər. Amma bizə dəqiq vaxt deyə bilmirlər ki, hansı tarixləri istəyirlər. Çünki hamı narahatdır ki, vaxt təyin edər, toy mərasimi yenidən alınmayar”.

“Al Saray”da karantinin bitməsi ilə bağlı rəsmi qərarı gözləyirlər: “Nə vaxt rəsmi qərar qəbul ediləcək ki, toy-nişan mərasimi keçirmək olar, onda sifariş qəbul edəcəyik. Düzdür, yay ayları üçün sifariş verənlər olur, biz də bunu qeyd edirik. Amma həmin adamlara da deyirik ki, əgər yay ayları üçün də qadağa tətbiq olunsa, məsələ bizlik deyil. Karantin rejimi iyun-iyul üçün də tətbiq olunsa, müştərilərə zəng edib toy-nişan tarixlərini yenidən təxirə salacağıq”.

“Arena” şadlıq sarayından deyiblər ki, müraciətlər daxil olur və onları qəbul edirlər: “Daxil olan müraciətlər əsasən toy-nişan mərasimləri ilə bağlıdır. Hələ ki iyun ayı üçün sifarişləri qəbul edirik. Amma yeni qayda tətbiq olunsa ki, iyun ya da iyulda toy olmayacaq, onda mərasimlər təxirə salınacaq”.

Çıraq Palas” şadlıq sarayında da hazırda durğunluqdur: “Sifarişlər olur, amma əvvəlki qədər müraciət yoxdur. Demək olar ki, iyun-iyul ayı üçün eyni sayda toy-nişan sifarişi almışıq”.

“Badi-Səba” şadlıq sarayından deyiblər ki, sifarişlər olur, amma gənclər toy mərasimləri təxirə salınar deyə, çox gərgindir: “Aprel-may ayının toyları təxirə salındığı üçün daha çox müraciət iyun ayınadır. Bütün saraylar kimi biz də sifarişləri qəbul edirik. Əsasən böyük toy mərasimləri üçün müraciətlər olur, amma kiçik toy və nişan mərasimi etmək istəyənlər də var. Bizə müraciət edən gənclərin çoxu gərgindir ki, yenə planları alt-üst olacaq”.

“Venera” şadlıq sarayında aprel ayı üçün nəzərdə tutulan 15 toy mərasimi təxirə salınıb: “Sifarişləri qəbul edirik, amma bilmirik ki, Nazirlər Kabineti nə qərar verəcək. Toy üçün müraciət edən gənclər var. Ancaq əvəlcədən beh verməyə ehtiyat edirlər. Əgər konkret qərar olsaydı, biz də camaata dəqiq söz deyərdik”.(modern.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar